Rəsmi

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı
11Oktyabr 202222:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfəri edib.

Azlist.az xəbər verir ki, Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb.
Hava limanında hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini, görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun məzarını ziyarət edib.

Oktyabrın 11-də Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub. Parkın açılışında hər iki prezident iştirak edib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib. Rəsmi qəbulda konsert proqramı təqdim olunub.

Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirilib, ardınca  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.