Xəbər Xətti

DSX Ermənistana xəbərdarlıq etdi

DSX Ermənistana xəbərdarlıq etdi
25İyul 202320:00

Əldə edilmiş məlumata əsasən, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində iyulun 26-da Ermənistan tərəfindən müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkaranə şəkildə növbəti təxribat əməli planlaşdırılır.

Azlist.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.

“Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırırıq. Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcəkdir”, - deyə məlumatda qeyd edilib.