III Sektor

QHT-lərlə bağlı yeni təkliflər hazırlanır

QHT-lərlə bağlı yeni təkliflər hazırlanır
13Oktyabr 202214:33

Oktyabrın 12-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının Agentliyin qarşısında qoyulan bəzi konseptual vəzifələr barədə təkliflərin hazırlanması üzrə işçi qrupunun onlayn iclası keçirilib.

Azlist.az xəbər verir ki, iclasda “Azərbaycanda fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatlarının mövcud durumunun qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə Konsepsiya Sənədi”, “Dövlət, özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın təşviqi və stimullaşdırılması”, “QHT-lərin institusional inkişafı, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, QHT-lərin inkişafı sahəsində elmi-texniki nailiyyətlərin tətbiqi” və “QHT-lərin inkişafı istiqamətində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi” ilə bağlı fəaliyyət planının hazırlanması müzakirə edilib, təkliflər dinlənilib.

Təkliflərin Müşahidə Şurasının növbəti iclasına təqdim edilməsi qərara alınıb.

Müəllifin digər yazıları

QHT rəhbərləri mina təhlükəsi ilə bağlı bəyanat verib

QHT rəhbərləri mina təhlükəsi ilə bağlı bəyanat verib

Son üç gündə 2 nəfər mülki şəxs minaya düşərək həlak olub, 4 nəfər isə ağır yaralanıb. Azərbaycanda mina təhlükəsi ilə mübarizə proqramında çalışan Qeyri-Hökumət Təşkilatları beynəlxalq təşkilatlara son günlər ökləmizdə baş verən mina hadisələri ilə bağlı bəyanat ünvanlayıb.

Azlist

QHT Agentliyi Anım günü ziyarəti təşkil edib

QHT Agentliyi Anım günü ziyarəti təşkil edib

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “27 sentyabr Anım Günü” ilə bağlı Ulu Öndər Heydər Əliyevin məzarına, 2-ci Fəxri və Şəhidlər xiyabanlarına ziyarət təşkil edilib.

Azlist.az-ın xəbərinə görə, ziyarətdə Prezident Administrasiy