Hökumət delimitasiya katibliyi yaradır
Baş nazir Əli Əsədov Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası komissiyasının katibliyinin yaradılması haqqında qərar imzalayıb.
Azlist.az xəbər verir ki, bu barədə Azərbaycan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 12-də rəsmiləşən qərara görə, katiblik Nazirlər Kabinetinin Aparatında şöbə hüququnda və 5 ştat vahidindən ibarət olmaqla təşkil edilir.
Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə dövlət komissiyası Prezidentin 23 may 2022-ci il sərəncamı ilə yaradılıb.
Baş nazirin müavini Şahin Mustafayevin sədrlik etdiyi komissiyanın üzvləri belə sıralanıb:
Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini,
xarici işlər nazirinin müavini,
daxili işlər nazirinin müavini,
ekologiya və təbii sərvətlər nazirinin müavini,
ədliyyə nazirinin müavini,
kənd təsərrüfatı nazirinin müavini,
müdafiə nazirinin müavini,
Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini,
Dövlət Sərhəd Xidməti rəisinin müavini,
Xarici Kəşfiyyat Xidməti rəisinin müavini,
"Meliorasiya və Su Təsərrüfatı" ASC sədrinin müavini,
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi,
Prezident Administrasiyasının qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri,
Qazax Rayon İcra Hakimiyyətinin başçısı,
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı,
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı,
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı,
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı,
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı,
Laçın Rayon İcra Hakimiyyətinin başçısı,
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı,
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.