Xəbər Xətti

Bayrağımızı təhqir edən ermənilər “Laçın”da SAXLANILDI

Bayrağımızı təhqir edən ermənilər “Laçın”da SAXLANILDI
28Avqust 202316:00

2021-ci ilin dekabr ayında Azərbaycan bayrağını təhqir edən erməni futbolçulardan 3-ü “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Azlist.az xəbər verir ki, onlar Azərbaycan sərhədçiləri tərəfindən müvafiq yoxalamalar zamanı saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Erməni futbolçular Qarabağdan Ermənistana getmək istəyirmişlər.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında sosial şəbəkələrdə erməni futbolçularının Azərbaycan Dövlət bayrağı üzərində təhqiredici hərəkətlər etmələri barədə videogörüntülər yayılmışdı.

Həmin faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi açılmışdı.