Xəbər Xətti
Ağdam-Xankəndi yolu açıldı - Rusiyanın yükü ermənilərə yola salındı
Rusiya Hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük bu gün səhər Ağdamdan Xankəndiyə yola düşüb.
Azlist.az xəbər verir ki, ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş TIR Rusiya sülhməramlılarının postundan Əsgəran-Xankəndi istiqamətinə keçib. Yükün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan ermənlərə çatdırılması nəzərdə tutulur.
Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük Xankəndinə keçmək üçün 2 gün idi ki, Bərdədə gözləyirdi.