Xəbər Xətti

Qarabağda itkin düşən 10 nəfərin şəxsiyyəti dəqiqləşib - SİYAHI

Qarabağda itkin düşən 10 nəfərin şəxsiyyəti dəqiqləşib - SİYAHI
18Sentyabr 202317:19

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyən edilmiş daha 10 nəfərin adı açıqlanıb.


Azlist.az xəbər verir ki, adları Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Kommisiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı sadalayıb.

Onlardan 9 nəfəri hərbçi, 1 nəfəri isə mülki şəxsdir. Onların şəxsiyyəti meyit qalıqlarının ekspertiza nəticəsində təsdiqlənib.

Həmin şəxslər aşağıdakılardır:

Tahirov Seyfulla Veytulla oğlu

Atamoğlanov Əbülfət Sabir oğlu

Hacıyev Təhsil Fikram oğlu

Əsədov Vüqar Habil oğlu

Babaşov Əhməd Tahir oğlu

Xələfov Cahangir Məmi oğlu

Nağıyev Cahid Şəfa oğlu

Məmmədov Elmar İnqilab oğlu

Qasımov Veysəl Qasım oğlu

Riad Əhmədov Fikrət oğlu