Xəbər Xətti

Füzulidə ağır qəza: DİN-in 3 əməkdaşı öldü, 6-sı yaralandı

Füzulidə ağır qəza: DİN-in 3 əməkdaşı öldü, 6-sı yaralandı
19Sentyabr 202308:58

Sentyabrın 19-da saat 1:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azlist.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan əməkdaşlar xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.