Azərbaycan əhalisinin sayı nə qədərdi…
2022-ci ilin əvvəlindən ölkə əhalisinin sayı 42274 nəfər və ya 0,4 faiz artaraq sentyabr ayının 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb.
Azliast.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.
2022-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 40277 nikaha daxilolma və 10391 boşanma halları qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4-dən 6,0-a qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,5-ə düşüb.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 83010 doğulan körpə qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,4-ə qədər artıb.
Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,9 faiz, qızların xüsusi çəkisi isə 47,1 faiz olub. Körpələrdən 2310-u əkiz, 105-i üçəm, 4-ü isə dördəm doğulub.