Xəbər Xətti

Əliyev Paşinyanla görüşəcək - Vaxt və məkan məlum oldu

Əliyev Paşinyanla görüşəcək - Vaxt və məkan məlum oldu
24Sentyabr 202319:01

Oktyabrın 5-də İspaniyanın cənubunda yerləşən Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı keçiriləcək. Zrvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü nəzərdə tutulub. 

Məlumata görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev liderlər arasındakı danışıqlara hazırlıq məqsədilə sentyabrın 26-da Brüsseldə görüş keçirəcəklər.

Azlist.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belçikanın paytaxtı Brüsselə işgüzar səfərə gedəcək. Onun Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun müşavirləri, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşləri nəzərdə tutulub. Bu görüşlər iki ölkənin liderlərinin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan görüşünə hazırlaşmaq üçündür”, - məlumatda bildirilir.

İlham Əliyev və Nikol Paşinyanın görüşü Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutacaq. 

Görüşdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də iştirak edəcəyi gözlənilir. 

Qeyd edək ki, sonuncu dəfə bu formatda görüş iyunun 1-də Moldovanın paytaxtı Kişineuda baş tutub.