Xəbər Xətti
Monte Melkonyanın Xocavənddəki abidəsi söküldü
Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror əməliyyatları nəticəsində Xocavənd rayonu qanunsuz erməni silahlılarından təmizlənib.
Azlist.az xəbər verir ki, Xocavənd şəhərində erməni terrorçu Monte Melkonyanın abidəsi sökülərək götürülüb.
Bununla bağlı görüntülər sosial mediada yayılıb.
Xatırladaq ki, Monte Melkonyan 1957-ci ildə ABŞ-ın Kaliforniya ştatının Viseliya şəhərində anadan olub. 70-ci illərin sonlarında Livanda yaradılan “Asala” erməni terror qruplaşmasının sıralarında türk diplomatlara qarşı hücumlar təşkil edib. 1991-ci ildə Qarabağa gələrək qanunsuz hərbi birləşmələrin tərkibində vuruşub. 1993-cü il iyununda Qarabağda döyüşçülərimiz tərəfindən məhv edilib. Onu İrəvanda basdırıblar.