Xəbər Xətti

Xankəndidəki qondarma rejim özünü BURAXDI

Xankəndidəki qondarma rejim özünü BURAXDI
28Sentyabr 202310:44

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma "Dağlıq Qarabağ respublikası" özünü buraxdığını elan edib.

Azlist.az xəbər verir ki, bu barədə qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyan "qərar" verib.

"Qərar"a əsasən, qondarma rejimin bütün qurumları və təşkilatları fəaliyyətini dayandırır.

Bununla da "Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verir.

Bildirilib ki, Qarabağın erməni əhalisi, o cümlədən kənarda yaşayanlar gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü ilə bağlı müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola bilərlər.