İlham Əliyev Paşinyanla görüşdən İMTİNA ETDİ
Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya (Qranada şəhərinə) getməkdən imtina edib.
Azlist.az xəbər verir ki, buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır. Azərbaycan Türkiyənin iclasda iştirakında israr edib. Lakin Fransa və Almaniya bu məsələdə xüsusilə canfəşanlıq edərək, buna qarşı çıxıblar.
Belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.
Xatırladaq ki. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səhhətində yaranmış problemlə əlaqədar İspaniya səfərindən imtina edib.
Qeyd edək ki, Əliyev-Paşinyan görüşü oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilməli idi.