Xəbər Xətti
Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir - PESKOV
![Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir - PESKOV](https://azlist.az/uploads/news/2023/10/azlist.az_1697021285.jpg)
Qarabağdakı Rusiya sülhməramlılarının sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq.
Azlist.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O qeyd edib ki, Ermənistanla bu mövzuda müzakirə aparılmır.
"Qarabağdakı Rusiya sülhməramlıları məsələsi İrəvanla müzakirə olunmayıb. Çünki Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir", - Peskov vurğulayıb.