Xəbər Xətti
Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir - PESKOV
Qarabağdakı Rusiya sülhməramlılarının sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq.
Azlist.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O qeyd edib ki, Ermənistanla bu mövzuda müzakirə aparılmır.
"Qarabağdakı Rusiya sülhməramlıları məsələsi İrəvanla müzakirə olunmayıb. Çünki Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir", - Peskov vurğulayıb.