Prezident Xankəndi, Ağdərə, Xocalı, Əsgəran və Xocavənddə bayrağımızı UCALTDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonuna səfər edib.
Azlist.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Dövlətimizin başçısı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib.
Prezident Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasiminə də qatılıb.
İlham Əliyev oktyabrın 15-də Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Ölkə başçısı Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində də Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.
Dövlət başçısı daha sonra Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
Prezidenti İlham Əliyev Şuşa rayonunun Malıbəyli kəndinə də gedib.
Azərbaycan Respublikasının Prezidenti oktyabrın 15-də həmçinin Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
İlham Əliyev oktyabrın 15-də Əsgəran qalasında olub.
Prezident Xocavənd şəhərində də Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.