Yazar

Paşinyana qarşı hücumlar: Kim harada dayanıb? - TƏHLİL

Paşinyana qarşı hücumlar: Kim harada dayanıb? - TƏHLİL
6May 202416:37

Ermənistanın baş naziri Nikol Paşinyan nəhayət ki, Azərbaycanla sülh gündəliyi üzrə konstruktiv mövqe sərgilədikcə, ona qarşı olan cəbhənin də aktivliyi artır.

Paşinyan indi faktiki olaraq erməni kilsəsi, “Qarabağ klanı”, erməni diasporu, iqtidar daxilində ona qarşı formalaşan paralel hökumət və alternativ müxalifətlə mübarizə aparmaq məcburiyyətindədir.

Paşinyanın şansı bunda gətirib ki, özünə qarşı çıxan qüvvələr vahid cəbhədə birləşə bilmirlər və beləliklə onların resursları bölünür.

Ancaq məsələnin daha böyük radiusu mövcuddur, təbii ki, Paşinyana qarşı cəbhələri idarə edən və yönləndirən qüvvələr mövcuddur.

Bu, Paşinyanın Azərbaycanla sülh müqaviləsi layihəsi üzrə çevik hərəkət etmək potensialının nümayiş etdirilməsindən sonra vüsət alıb.

Çünki Paşinyanın Azərbaycanın gündəliyi üzrə sülh proqramına köklənməsi regionda Rusiya-Qərb (əsasən ABŞ, Avropa İttifaqı və Fransa) rəqabətinin kontekstini şişirdir.

Paşinyanın Qazaxın işğalda olan 7 kəndindən dördünün Azərbaycana qaytarılmasına razılıq verməsi regiondakı rəqabətə də əhəmiyyətli təsir edir.

Bu baxımdan, Paşinyana qarşı iki qlobal güc mərkəzi mübarizəsini hərəsi öz məntiqi ilə aparır.

Rusiya onsuz da bir neçə ildir ki, Paşinyanın Moskva orbitindən qaçaraq sürətlə Qərbə sığınmasından təngə gəlib.

Kremlin Paşinyana qarşı ən effektiv kartları keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan, onların komandasında olmuş hərbçilərdir.

Ancaq sabiqlərin nə nüfuzu var, nə də erməni cəmiyyəti içərisində dişəvurulası bir hörməti mövcuddur. Kremlin Paşinyan administrasiyasındakı mümkün kadrları da elə böyük zəfər əldə edə bilmir.

Lakin bu da bir faktdır ki, Koçaryanla Sarqsyana Qərbin də rəğbəti az deyil. Ən azından onlar hakimiyyətdə olduğu vaxtlarda Rusiyaya baş əymələrinə baxmayaraq, Qərb yenə də bu iki fiqura qarşı olduğunu nümayiş etdirməyib.

Deməli, motivlərdən asılı olmayaraq, Qərb kilsə, diaspor ilə yanaşı, həmin “Qarabağ klanı”nı Paşinyana qarşı demarş qüvvəsi kimi nəzərdən keçirə bilər.

Alternativ müxalifətə gəlincə, indi ən çox Paşinyanın keçmiş silahdaşı Ayk Marutyanın öz tərəfdarları ilə birgə yaratdığı “Yeni qüvvə” partiyasına diqqət cəmlənir. Lakin bunun erməni siyasi atmosferində burulğan yarada bilmək ehtimalı olduqca aşağıdır.

Hələlik Paşinyanı “ağıllandırmaq” üçün elə iqtidar komandası daxilindən hücumun başladılması daha məqsədəuyğun sayılır.

Ermənistan Baş Prokurorluğunun Milli Təhlükəsizlik Xidmətinə Paşinyana qarşı cinayət işi açılmasını yoxlamaqla bağlı sorğu göndərməsi deyiləni təsdiq edir. Sorğu Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasında Paşinyanın praktiki keçidi ilə əlaqəlidir.

İqtidar daxilindən paralel qüvvələr vasitəsilə masada olan başqa bir plan da mövcuddur. Hələlik daha çox xarici işlər naziri Ararat Mirzoyanın bu hərarətdəki yerinə dair şübhələr mövcud ola bilər.

NƏTİCƏ

Baş nazir Paşinyanın Azərbaycanın sülh proqramına uyğun bəyanat və davranışları davam etdirdikcə, kənar qüvvələr bunu Ermənistanın milli maraqlarına zidd addım kimi hüquqi şərhinə yol açmağa çalışacaqlar.

Bu ssenari ilə erməni cəmiyyətində, siyasi mühitində böhranı dərinləşdirmək, çaxnaşma yaradıb onu kontrol etmək məqsədləri güdülür.

Bununla belə, Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirmək çətindir. Hazırda ən güclü qüvvə kilsə və diaspordur ki, bunları da əsasən, ABŞ, Fransa əlində rıçaq kimi istifadəyə cəhd göstərəcək.

Belə davam etsə, Qərb Ermənistandakı təşkilatları vasitəsilə Paşinyanı “ağıllandırmaq” metodu kimi davamlı etirazlar təşkil edə bilər.


Aqşin Kərimov,
Siyasi təhlilçi

 

Müəllifin digər yazıları

Türkiyə Cənubi Qafqazda “atəş nöqtələrini” balanslaşdırır - TƏHLİL

Türkiyə Cənubi Qafqazda “atəş nöqtələrini” balanslaşdırır - TƏHLİL

Azərbaycan 44 günlük müharibə ilə Ermənistanı məğlubiyyətə düçar etdikdən sonra Cənubi Qafqazın geosiyasi mənzərəsində fərqli prioritetlər meydana çıxdı. Yeni regional reallıqlar fonundakı aspektlər geostrateji tablo ilə bağlı:

- Perspektivləri müəyyənləşdirir,

- Bunun digər bölgələ

Kilsə Ermənistanı “partlatmaq” əmri alıb: Paşinyan nə edə bilər? - TƏHLİL

Kilsə Ermənistanı “partlatmaq” əmri alıb: Paşinyan nə edə bilər? - TƏHLİL

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı kilsə mərkəzli revanş götürmək cəhdi İrəvanı Azərbaycanla sülh proqramından geri döndərmək məramına xidmət edir.

Bu plan Ermənistan vasitəsilə:

- Ölkədə vətəndaş qarşıdurmasının yaradılması,

- Ardınca yarana biləcək xaotik durumdan

Əliyevin Almaniya səfəri: Genişlənən imkanlar, Çin “qütbü” 

Əliyevin Almaniya səfəri: Genişlənən imkanlar, Çin “qütbü” 

Prezident İlham Əliyevin Almaniyaya səfəri üç istiqamətdə Azərbaycanın strateji imkanlarını yüksəldir. Birincisi,
Xocalıdakı qırğın məhz soyqırımıdır

Xocalıdakı qırğın məhz soyqırımıdır

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qırğının hüquqi təsnifi ilə bağlı müzakirələr bu günə qədər davam edir.

Bəziləri nədənsə Ermənistan ordusunun, SSRİ-dən o zaman Qarabağda miras qalmış 366-cı alayın, Yaxın Şərqdəki vətəndaş müharibələrində təcrübə toplamış “Ara

Azərbaycanın “Ermənistan ssenarisi”nə hazırlığı - TƏHLİL

Azərbaycanın “Ermənistan ssenarisi”nə hazırlığı - TƏHLİL

Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimindəki çıxışı Azərbaycanın daxili və xarici siyasətlərinin konseptual istiqamətlərinin əhəmiyyətli dərəcədə genişlənəcəyini göstərir.Əliyevin əvvəlki illərdəki andiçmələrindən fərqli olaraq, gələcək üçün müəyyənləşdirmə aktı: