Yazar

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR
7İyul 202412:47

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməsi qəbuledilməzdir””.

Yəni Məsud bəy zamanında sözünü demiş adamdır. Ona görə də xalq arasında bu qədər sevilir. O vaxt İranda bu sözü hər kişi deyə bilməzdi. Ancaq o, deyib...

Bizim bəzi dostlarımız iddia edir ki, İslam Respublikasının ali dini lideri Ayətullah Xamenei İranda yüksəlişdə olan türk faktorunu çökdürmək üçün Məsud Pezeşkianı irəli çıxarıb. Guya onun qələbəsi süni bir şeydir və xüsusi missiya daşıyır. Və Türk Dünyasını parçalamağa hesablanıb...

Məsud Pezeşkianın keçirdiyi kütləvi tədbirlərdə Azərbaycanla bağlı ən millətçi mahnılar səsləndirildi və böyük bir kütlə möhtəşəm coşqu ilə o mahnını xorla ifa etdi. Yəni Məsud Pezeşkian İranda gəlişməkdə olan türk ruhunu ən azı bir baş yuxarı qaldırdı...

Azərbaycanda özünə türk deyib Məsud Pezeşkianın əleyhinə iyrənc təbliğat aparanları da gördük. Onlar təkidlə “mühafizəkar” siyasətçi Səid Cəlilinin təbliğatını aparırdılar. Səid Cəlili kimdir? Aşırı bir fars millətçisi. Yəni siz bunu bilmirsiz?

Arqumentləri də bu idi ki, Məsud Pezeşkian kürddür. Bu məsələ ilə bağlı Qərb mətbuatı da yazır. Məsələn, elə "The İndependent" də bu məqama toxunur: "Cənab Pezeşkian 29 sentyabr 1954-cü ildə İranın şimal-qərbində Mahabadda doğulub. Atası azərbaycanlı, anası isə kürdür. O, azəri dilində danışır və uzun müddət İranın böyük etnik qruplarının işlərinə diqqət yetirir"...

İranda yenidən türk erası başlayır. Bu qələbə İranda yaşayan türklərin qələbəsidir. Hə, bəlli səbəbdən bu qələbəyə kürdlər də dəstək verib. Bunu da danmaq olmaz. Biz türk olaraq kimsənin haqqını danmarıq...

Hazırda bütün dünya Məsud Pezeşkiandan danışır. "Reuters" Agentliyi vurğulayır ki, o, azərbaycanlıdır. Siyasətə də təzə gəlməyib. O, islahatçı prezident Seyid Məhəmməd Hatəmi (1997-2005) dönəmində (2001-2005) İranın səhiyyə naziri olub.

Agentlik bildirir ki, keçən ay Tehran Universitetində keçirilən iclasda 2022-23 illər iğtişaşları ilə əlaqəli ittihamlarla həbs edilən tələbələrlə bağlı sualı cavablandıran Pezeşkian deyib ki, “siyasi məhbuslar mənim səlahiyyətimə daxil deyil və əgər mən nəsə etmək istəsəm, buna səlahiyyətim çatmayacaq”.
 

1980-ci illərdə İran-İraq müharibəsi zamanı döyüşçü və həkim olan Pezeşkiana tibbi qrupların cəbhə bölgələrinə göndərilməsi tapşırılmışdı.
 

Pezeşkian 1994-cü ildə avtomobil qəzası nəticəsində həyat yoldaşını və bir uşağını itirib. O, heç vaxt ikinci dəfə evlənmək fikrinə düşməyib. Qəzadan sağ çıxan iki oğlu və bir qızını tək böyüdüb...
 

İslahatçı prezident Seyid Məhəmməd Hatəmi İranda iki dəfə prezident seçilsə də, elə bir uğur qazana bilmədi. Bəs bu dəfə necə, islahatçılar İranda ciddi dəyişikliklərə nail ola biləcəkmi?

Bir şeyi də deyim. Hörmətli Məsud Pezeşkian ürək cərrahıdır. İran ağır xəstədir. Cənab Pezeşkian bu ağır xəstəni müalicə edə biləcəkmi? Çətin sualdır, ancaq birmənalı olan odur ki, Məsud Pezeşkian ən azı buna cəhd edəcək...

Ən əsası isə odur ki, Məsud Pezeşkian İran prezidenti kimi Azərbaycanın gücünə güc qatdı. O, iqtidara gəlişi ilə İrandakı türklərin qüdrətini yenidən ortaya qoydu. Bundan sonra İranda türk faktoruna kiminsə arxa çevirməsi, yekəbaş münasibət sərgiləməsi sadəcə mümkün deyil. Əminliklə demək olar ki, bundan sonra İranda keçirilən istənilən seçkidə soydaşlarımız əsas söz sahibi kimi çıxış edəcəklər...
 

Elbəyi Həsənli,
Sürix

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281