Yazar

Fransa səfiri Şuşaya niyə “Şuşi” dedi...

Fransa səfiri Şuşaya niyə “Şuşi” dedi...
9May 202410:41

"Azadlıq" radiosunun ermənilərə bağlı ingilisdilli bölümünün rəhbəri Heghine Buniatyan Fransanın Ermənistandakı səfiri Olivye Dekottiqniesdən müsahibə götürüb. Səfir deyib ki, Ermənistan (4 kəndlə bağlı) Azərbaycana güzəştə getdi, Fransa gözləyir ki, Azərbaycan da Ermənistana güzəştə gedəcək. Xanım səfir Azərbaycandan Ermənistana konkret olaraq hansı güzəştləri gözləyir?

O, bu suala belə cavab verir: “Ermənistan Almatı bəyannaməsi əsasında müəyyən güzəştlərə getmək iradəsini ifadə edib və biz Azərbaycanın da güzəştə getməsini gözləyirik. Azərbaycan hazırda Ermənistan ərazisinin böyük hissəsini işğal altında saxlayır və o, həmin ərazilərdən çıxmalıdır”.

Erməni jurnalist təkidlə soruşur ki, Azərbaycan mediasının iddiasına görə, Parisə geri çağırılmış Fransa səfiri yenidən Bakıya qayıdıb. Bu, belədirmi?

“Azadlıq” Radiosu: - Xanım səfir hazırda Bakıdadır?

Səfir Olivye Dekottiqnies: - Səfirin Parisdə və ya Bakıda olduğunu sizə deyə bilmərəm, amma sizə dəqiq deyə bilərəm ki, o, Şuşidə (Şuşa) deyil.

Gördüyünüz kimi, Fransanın rəsmi nümayəndəsi bu ölkənin Bakıdakı səfirinin Şuşada olmadığını xüsusi ilə vurğulayır. Üstəlik, Şuşa şəhərin adını erməni variantında dilə gətirir. Əlbəttə, bu, təsadüfi deyil...

ABŞ-ın Azərbaycandakı səfirinin Şuşaya səfərindən sonra Fransa tək qalıb.

Fransa səfiri təmsil etdiyi ölkənin rəsmi Bakının Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumu olan Yeni Kaledoniyaya dəstək verməsindən narazı olduğunu dilə gətirib. Qeyd edək ki, bugünlərdə Fransanın daxili işlər naziri də Azərbaycanın bu məsələyə müdaxiləsinə kəskin etiraz etmişdi.

Bəs bilmirdinizmi ki, erməni separatizminə dəstəyin bu və ya digər formada cavabı olacaq?...

Elbəyi Həsənli,
Sürix

 

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs