Xəbər Xətti

Ərdoğandan Cəbrayılda sərt bəyanat: “Onları dalana dirəmək lazımdır!”

Ərdoğandan Cəbrayılda sərt bəyanat: “Onları dalana dirəmək lazımdır!”
20Oktyabr 202221:10

Azərbaycanın Cəbrayıl rayonunda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Ərdoğan ermənilərin bu bölgədə törətdikləri dəhşətli dağıntıların əvəzinin ödənilməsini vacib sayıb.

Azlist.az xəbər verir ki, Ərdoğan bu barədə dağıdılıb yerlə-yeksan olunmuş Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edərkən danışıb.

O, ATƏT və digər beynəlxalq təşkilatların bölgəyə səfər etməməsini qınayıb:


"İndi sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar. Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər.

Amma bunu görəndən sonra bu barədə danışdıq, bu işləri mütləq ədalət mühakiməsinə verərək, bunların təzminatını tələb etmək lazımdır. Bunların təzminatını istəyərək onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq", - Ərdoğan vurğulayıb.

Müəllifin digər yazıları

Prezidentlər Zəngilan Beynəlxalq Hava Limanını AÇDILAR

Prezidentlər Zəngilan Beynəlxalq Hava Limanını AÇDILAR

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfər edib.

Azlist.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düz

Ermənistan 40 azərbaycanlı qadını yox edib

Ermənistan 40 azərbaycanlı qadını yox edib

Birinci Qarabağ müharibəsindən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistanda əsir saxlanılan 54 qadına İrəvanda baş çəksə də, onların əksəriyyəti qətlə yetirilib.

Azlist.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsinin müavini Tofiq Musayev bu gün Az

Rəsmi Bakı Makronun ittihamlarını RƏDD ETDİ

Rəsmi Bakı Makronun ittihamlarını RƏDD ETDİ

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Fransa prezidenti  Emmanuel Makronun 12 oktyabr 2022-ci il tarixli müsahibəsində Azərbaycana qarşı söylədiyi fikirləri şərh edib.Azlist.az xəbər verir ki, nazirliyin şərhində deyilir: 

Ermənistan atəşkəsi pozmağa davam edir

Ermənistan atəşkəsi pozmağa davam edir

Oktyabrın 14-ü saat 00:40-dan saat 01:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahl

Tərtərdə iki nəfər minaya düşdü, ayaqları amputasiya edildi

Tərtərdə iki nəfər minaya düşdü, ayaqları amputasiya edildi

Oktyabrın 1-i Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Tərtər rayon prokurorluğundan bildirilib.

 

Apar