Xəbər Xətti

Prezidentlər Zəngilan Beynəlxalq Hava Limanını AÇDILAR

Prezidentlər Zəngilan Beynəlxalq Hava Limanını AÇDILAR
20Oktyabr 202221:00

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfər edib.

Azlist.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

Sonra prezidentlərin iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov Azərbaycan və Türkiyə prezidentlərinə hava limanı barədə məlumat verib.

Bildirib ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək.

Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur.

Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib.

Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və “Eurocontrol”un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib.

Zəngilan Beynəlxalq Hava Limanının ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib.

Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib. 230 metr dərinlikdə artezian quyusu qazılaraq su çıxarılıb.

 

 

Müəllifin digər yazıları

Ərdoğandan Cəbrayılda sərt bəyanat: “Onları dalana dirəmək lazımdır!”

Ərdoğandan Cəbrayılda sərt bəyanat: “Onları dalana dirəmək lazımdır!”

Azərbaycanın Cəbrayıl rayonunda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Ərdoğan ermənilərin bu bölgədə törətdikləri dəhşətli dağıntıların əvəzinin ödənilməsini vacib sayıb.Azlist.az xəbər verir ki, Ərdoğan bu barədə dağıdılıb yerlə-yeksan olunmuş Cəbrayıl şəhərind

Ermənistan 40 azərbaycanlı qadını yox edib

Ermənistan 40 azərbaycanlı qadını yox edib

Birinci Qarabağ müharibəsindən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistanda əsir saxlanılan 54 qadına İrəvanda baş çəksə də, onların əksəriyyəti qətlə yetirilib.

Azlist.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsinin müavini Tofiq Musayev bu gün Az

Rəsmi Bakı Makronun ittihamlarını RƏDD ETDİ

Rəsmi Bakı Makronun ittihamlarını RƏDD ETDİ

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Fransa prezidenti  Emmanuel Makronun 12 oktyabr 2022-ci il tarixli müsahibəsində Azərbaycana qarşı söylədiyi fikirləri şərh edib.Azlist.az xəbər verir ki, nazirliyin şərhində deyilir: 

Ermənistan atəşkəsi pozmağa davam edir

Ermənistan atəşkəsi pozmağa davam edir

Oktyabrın 14-ü saat 00:40-dan saat 01:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahl

Tərtərdə iki nəfər minaya düşdü, ayaqları amputasiya edildi

Tərtərdə iki nəfər minaya düşdü, ayaqları amputasiya edildi

Oktyabrın 1-i Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Tərtər rayon prokurorluğundan bildirilib.

 

Apar