Yazar

ABŞ-ın ən böyük bankı ermənilərə görə cərimələndi: 26 milyon dollar!

ABŞ-ın ən böyük bankı ermənilərə görə cərimələndi: 26 milyon dollar!
8Noyabr 202322:57

“The Consumer Financial Protection Bureau (CFPB) (İstehlakçıların Maliyyə Müdafiəsi Bürosu) 2011-ci ildə-prezident Barak Obamanın dönəmində yaradılıb. ABŞ hökumətinə daxil olan təşkilatlardan biridir. Bu təşkilat maliyyə sektorunda müştərilərin hüquqlarını qoruyur.

Çərşənbə günü CFPB bildirib ki, Citigroup İnc. 26 milyon dollar cərimə olunub. Niyə? Çünki onlar ermənilərə qarşı diskriminasiya siyasəti yeridiblər.

Citigroup Inc. ABŞ-ın ən böyük 3 bankından biridir. Əsəsən sərmayə sektorunda çalışır. 1998-ci ildə yaranmış bankın əsas ofisi Nyu-York şəhərinin ən bahalı bölgəsi olan Manhettendə yerləşir.

Bir faktı deyim: 2022-ci ildə bu bankın xalis gəliri 14.85 milyard dollar olub. Və belə bir möhtəşəm bankı CFPB ermənilərə görə cəzalandırıb.

“The Associated Press” agentliyi bildirir ki, Citigroup Inc. Bankı amerikalı ermənilərə kredit kartları verməmək üçün müxtəlif yalanlara əl atıb. Ermənilərə qarşı qəsdən ayrı-seçkilik siyasəti yeridib, çünki bankın daxildə ermənilərin fırıldaqçılıq etmək ehtimalının daha yüksək olduğu iddiası mövcud olub. Ona görə də bəzi bank işçiləri təlimata uyğun olaraq müraciət edən erməniləri “bad guys” (pis oğlanlar) kimi dəyələndiriblər. Onların mütəşəkkil cinayətkarlıqla əlaqəli olduğunu düşünüblər.

CFPB müəyyən edib ki, Citigroup Inc.-in işçiləri erməni soyadlarının ən çox yayılmış şəkilçisi olan “yan” və “ian” ilə bitən soyadları məqsədli şəkildə çıxdaş ediblər. Araşdırma zamanı büro müəyyən edib ki, Citi əməkdaşlarına erməni soyadlı ərizələri qeyd etmək, lakin sonradan həmin müraciətlərin rədd edilməsinin əsl səbəbini gizlətmək tapşırılıb. Ermənilərin təqdim etdiyi ərizələri təlimata uyğun şəkildə qeyd etməyən bank işçiləri cəzalana bilərdi.

“Citigroup Inc. ermənilərin cinayətə və saxtakarlığa meylli olması ilə bağlı stereotiplərə söykənib. Reallıqda isə Citigroup Inc. işçiləri törədikləri ayrı-seçkiliyi ört-basdır etmək üçün qeyri-qanuni olaraq saxta sənədlər hazırlayiblar”, - CFPB-nin direktoru Rohit Çopra açıqlamasında belə deyib.

Nyu-Yorkda yerləşən Citigroup Inc. bankının bir qrup işçisi qanunu pozaraq “Kaliforniyanın müəyyən yerlərində fəaliyyət göstərən yaxşı sənədləşdirilmiş erməni fırıldaqçı şəbəkəsinin” qarşısını almağa çalışıb. Bankın bəyanatında deyilir:

“Baş vermiş qanunsuzluğa görə hər bir ərizəçidən (ermənidən) səmimi qəlbdən üzr istəyirik. Daxili araşdırmadan sonra biz bu məsələ ilə bilavasitə əlaqəsi olan şəxslərlə qarşı müvafiq tədbirlər gördük və bu cür davranışın təkrarlanmasının qarşısını almaq üçün dərhal hərəkətə keçdik”.

Bu fakt özlüyündə çox şeydən xəbər verir. Bir daha bəlli olur ki, Amerika erməniləri amerikalılar arasında pis imicə malikdirlər. Ona görə də imkan daxilində onlardan uzaq olmağa çalışırlar. Heç şübhəsiz ki, bu tendensiya təkcə banklarda özünün büruzə vermir. Digər sahələrdə də amerikalılar cinayətkarlığa meylli olan ermənilərlə iş birliyindən çəkinirlər.

Elbəyi Həsənli, SÜRİX

Müəllifin digər yazıları

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri ar