Ən maraqlısı isə odur ki, cənab Engel Avropa Parlamentində Mütəşəkkil Cinayətkarlıq, Korrupsiya və Çirkli Pulların Yuyulması Komitəsinin (CRIM) sədr müavini olub və əvvəllər korrupsiyaya qarşı mübarizənin önündə gedən Engel Lüksemburq Xristian Sosial Xalq Partiyasının sədrliyindən istefa vermək zorunda qalıb. Niyə? Çünki o, özü korrupsiyada şübhəli bilinib. 2021-ci ilin oktyabrında bu məsələ ilə bağlı cinayət işi açılıb...
1965-ci il doğumlu Martin Hans Sonneborn 2014-cü ildən bəri Avropa Parlametində yer alır. Onun da arvadı Klaudiya Tursarkisyan əslən ermənidir və cənab Sonnebornun həmin qadından 2 qızı var.
Almaniyaya məxsus “weltexpress.info” saytı 2019-cu ildə “Welche Gründe stecken hinter den Besuchen von EU-Abgeordneten in der separatistischen Region Bergkarabach? – Stehen EU-Abgeordnete im Dienst des armenischen Separatismus?” (Avropa Parlamentinin deputatlarının separatçı Dağlıq Qarabağ bölgəsinə səfərlərinin arxasında hansı məqsədlər dayanır? – Avropa Parlamentinin deputatları erməni separatizminə xidmət edirmi?) adlı məqalə ilə çıxış edib. Gördüyünüz kimi, Almaniyada da rasional düşünənlər var. Həmin məqalədən sadəcə iki məqamı vurğulayacam. Məqalənin müəllifi soruşur: “Martin Sonnebornun Avropa dəyərlərinə qarşı hərəkətə keçməsinə səbəb nədir? Avropa Parlamentinin deputatı separatçıların idarə etdiyi ölkələrlə maraqlanırsa, niyə Osetiya, Abxaziya və Krıma da səfər etmir, niyə yalnız erməni separatçılarının idarə etdiyi Dağlıq Qarabağa gedir? O, azərbaycanlıları “köçəri tatarlar” kimi xarakterizə edir və avropalı turistlərin qondarma respublikaya səfərlərini təşkil etmək arzusunu ifadə edir”...
Diqqət edirsizmi? Azərbaycanlılara “köçəri tatarlar” deyən Avropa Parlamentində niyə oturur? Avropa parlamenti faşistlərəmi qucaq açıb?
Müəllif Osetiya, Abxaziya və Krımı soruşur. Mən isə sualı daha geniş qoyardım. Avropada 260 separatçı hərəkat var. Niyə Avropa Parlamentinin deputatları oralara separatizmə dəstək anlamında səfər etmirlər? Çünki bu domino effekti verər və Avropa İttifaqını darmadağın edər. Fikir verin, avropalı deputatlar Avropada və bütövlükdə Qərbdə separatizmə qarşıdırlar, ancaq Azərbaycan və Türkiyədə isə ikiəlli separatizmə dəstək verirlər. Azərbaycan insanı bu sual ətrafında ciddi şəkildə, özü də dönə-dönə düşünməlidir. Niyə belədir? Məntiq deyir ki, Qərb Ukraynada Rusiyanın dəstək verdiyi separatizmə qarşı vuruşur. Niyə Ukraynada separatizmə qarşı müharibə aparan Qərb Azərbaycanda separatizmə dəstək verir? Bu suala özünü demokrat adlandıran kəsimin cavabı varmı? Varsa, bu suala onların cavabını dinləmək çox maraqlı olardı...
İkinci məqama diqqət edin: “Mənim həyat yoldaşım ermənidir. Mən bundan əvvəl Avropa İttifaqını Türkiyənin üzvlüyünü qəbul etməyə çağırmışdım. Ailə quran kimi fikrimi dəyişdim. Partiyamız hakimiyyətə gəlsə, türklər heç vaxt Aİ-yə daxil ola bilməyəcəklər”, - Sonneborn bildirib.
Məqalənin müəllifi soruşur: “Sonneborn siyasi fəaliyyətində öz şəxsi hisslərinin alman vergi ödəyicilərinin maraqlarından və Avropa dəyərlərindən üstün tutur və bunu ona bildirməyin vaxtı çatıb, yoxsa bütün bunlar satiradır?” Bu satira söhbəti haradan çıxdı? Cənab Martin Hans Sonneborn 1995-ci ildə ”Eulenspiegel” adlı satirik jurnalda işləyib...
Məqalənin hazırlanmasında istinad edilən qaynaqlar:
https://gisher.news/ru/politics/deputati-evroparliamenta-prizivayut-priznat-nezavisimost-nkr.html
Elbəyi Həsənli, Sürix