Yazar

Böyük Britaniya Zəngəzuru Azərbaycan torpağı kimi tanıyır

Böyük Britaniya Zəngəzuru Azərbaycan torpağı kimi tanıyır
1Fervral 202409:51

Husilər Zəngəzur dəhlizini aça bilərmı?

İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə gəmilərə hücumu davam edir. ABŞ və Böyük Britaniya qırıcıları husilərin mövqelərini bombalayır. Ancaq proses nəzarətdən çıxıb. Yaxın Şərq xaosa doğru sürüklənir...

Sirr deyil ki, Asiya ölkələri ilə Avropa arasında mal mübadiləsinin böyük bir hissəsi Qırmızı dəniz üzərindən daşınır. Hazırda bu xətt təhlükə altındadır. Bu təhlükə Azərbaycana geniş manevr imkanları verir. Belə ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsini yenidən gündəmə daşıya bilər.

Fakt budur ki, Qırmızı dənizdən keçən yolun qapısının açarı İranın təsiri altında olan husilərin əlindədir. Zəngəzur dəhlizinə isə İran heç bir şey edə bilməz. Niyə edə bilməz? Çünki bu bölgədə İrana bağlı terrorçu qruplar yoxdur. Ona görə də İran hansısa terrorçu qrupun əli ilə Zəngəzur bölgəsində “proxy war” variantından yararlana bilməz. Yəni İranın Suriya, İraq, Livan, Yəmən... kimi ölkələrdə istifadə etdiyi üsul Zəngəzurda bir işə yaramır. Gərəkdir ki, İran özü birbaşa Zəngəzur dəhlizinə müdaxilə etsin. Bu isə İran üçün son dərəcə böyük təhlükədir.

Fakt budur ki, Zəngəzur dəhlizi İranın təsir dairəsindən kənardadır. Şübhəsiz ki, Qərb də bu sadə həqiqətləri bizdən yaxşı bilir.

Qırmızı dənizdə vəziyyətə İran baxdığına görə Asiya və Avropa ölkələrinin Zəngəzur dəhlizinə marağı kəskin şəkildə artacaq. Azərbaycan üçün son dərəcə münbit şərait yarana bilər. Rəsmi Bakı yaranmış vəziyyətdən ağıllı şəkildə istifadə etməlidir. Göydəndüşmə sayıla biləcək bu fürsətdən maksimum şəkildə yararlanmaq lazımdır. 

Hazırda dünyada ABŞ-la Çin arasında ticarət müharibəsi gedir. Belə bir fonda Asiya ilə Avropa arasında münasibətlər getdikcə dərinləşir. Amerikadan fərqli olaraq Avropa Asiya ilə ticarət müharibəsi yox, ticarət mübadiləsi aparır. Bu isə hər iki tərəfin inkişafına böyük imkanlar açır.

1996-cı ildə yaranmış “Asia-Europe Meeting” (ASEM) təşkilatı şərqi Aşıya ilə Avropa ölkələrini bir araya gətirir. 30 Avropa və 21 Asiya ölkəsi bu təşkilatın üzvüdür. Bu ölkələr arasında olan ticarətin həcmi dünyada olan ticarətin yarısı qədərdir. Avropa ən çox Asiya ilə, Asiya da ən çox Avropa ilə alış-veriş edir. Bu münasibətlərdə əsas rolu Avropada Almaniya, Asiyada isə Çin oynayır. Təsadüfi deyil ki, Avropadan Asiyaya göndərilən malın üçdə biri Almaniyaya məxsusdur. O malların da əsas alıcısı Çindir. O da maraqlıdır ki, Çinin Avropaya ixrac etdiyi malın yarıdan çoxu Almaniya, Hollandiya və Böyük Britaniyaya daxil olur.

Son zamanlar Çin İpək Yolu ilə bağlı ciddi işlər görməkdədir. Yeri gəlimişkən, “İpək Yolu” ifadəsi tarixdə ilk dəfə alman geoloqu, coğrafiyaçısı və səyyah, geomorfoloq, Berlin Coğrafiya cəmiyyətinin prezidenti olmuş Ferdinand von Richthofen tərəfindən 1877-ci ildə istifadə olunub. Tarixən belə olub ki, Asiyadan gələn mallar Yaxın Şərqdən keçərək Avropaya çatdırılıb. 

Qırmızı dənizdə baş verən olaylar 51 ölkə arasında olan ticarət mübadiləsini demək olar ki, durdurub. Bu olaydan Avropada ən çox təsirlənən ölkələr hansılardır? Ardıcıllığa diqqət edin: Birləşmiş Krallıq, Almaniya, Belçika, Fransa, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, Türkiyə, Avstriya. Şübhəsiz ki, digər Avropa ölkələri də Qırmızı dənizdə baş verənlərdən əziyyət çəkir. Ancaq ən pis vəziyyətə düşənlər adın çəkdiyimiz ölkələrdir...

Qırmızı dənizdə baş verənlər maraqlı tərəfləri alternativ yollar haqqında düşünməyə vadar edir. Brian Alster Third-Party Risk & Compliance və Dun & Bradstreet şirkətlərinin baş meneceridir. 2021-ci il martın 24-də nəhəng bir gəmi Süveyş kanalında köndələn dayanmışdı. Nəticədə gəmilərin yolu kəsilmişdi. Bax o vaxt Brian Alster demişdi ki, belə gözlənilməz hadisələr bir daha belə bir qənaətə gəlməyə əsas verir ki, qloballaşan dünyanın alternativ daşınma xətlərinə ehtiyacı var.

Statistik məlumatlara görə, Süveyş kanalından dünya dəniz ticarətinin 12 faizi keçib gedir. Bu isə qlobal miqyasda konteyner yüklənmiş gəmilərin 30 faizi deməkdir. Hər gün Süveyş kanalından 50 gəmi keçirdi. Hər saatda kanaldan keçən malın dəyəri təxminən 400 milyon dollardır. Düşünün ki, belə bir yol qeyri-müəyyən bir müddətə qapanıb. O da sirr deyil ki, malın daşınmasında yaranan ciddi çətinliklər avtomatik olaraq malların qiymətinin qalxmasına səbəb olub. Artıq Avropada Asiyadan gələn malların qiyməti əhəmiyyətli dərəcədə qalxıb. O da aydındır ki, Süveyş kanalı işləməsə malların qiyməti daha da artacaq. Müvafiq olaraq Avropada Asiya mallarının, Asiyada isə Avropa mallarının qiyməti artacaq...

Süveyş kanalının açılması üçün Avropa böyük işlər görüb. Təsadüfi deyil ki, Manhettendə, Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış "Azadlıq heykəli" (ing. The Statue of Liberty) və ya "Dünyanı işıqlandıran azadlıq" abidəsi fransız heykəltəraşı Frederik Ogüst Bartoldi tərəfindən hazırlanıb. Ancaq ilkin varintda bu abidə 1869-cu ildə məhz Misirdə-Süveyş kanalının yaxınlığında qoyulacaqdı. Misir hökuməti bu abidəni almaqdan imtina etdi. Ancaq həmin abidə bir qədər fərqli dizaynda1886-cı ildə Fransa xalqı adından ABŞ-a hədiyyə edildi...
Onu da deyim ki, indiki Süveyş kanalı tarixən “Fironlar kanalı” kimi tanınıb...

Hazırda Qırmızı dənizdən keçən su yolu bağlıdır. Bu kanal nə vaxt açılacaq? Bu suala heç kəs tutarlı cavab verə bilməz. Bu yolun açılmasına illər lazım ola bilər. Xatırladım ki, 1967-ci ildə tarixə “Altı günlük müharibə” kimi keçmiş Misir-İsrail qovğası baş verdi. Misir hökuməti Süveyş kanalını bağladı. Dənizdə minalanmış sahələr yardıldı. Kanal bağlanan zaman orada 15 gəmi qalmışdı. Yalnız 8 ildən sonra 1975-ci ildə həmin gəmilərin ərazini tərk etməsinə imkan yarandı. Yalnız 2 gəmi öz gücünə ərazidən çıxdı. Digər gəmiləri isə yedəyə qoşmaq lazım gəldi...

Aydındır ki, İran istəsə, husilərin əli ilə Qırmızı dənizə minalar da döşəyə bilər. Xatırladım bu kanal ki, 1858-ci ildə fransız Ferdinand de Lesseps tərəfindən qurulan Suez Canal Company tərəfindən 1859-1869-cu illər arasında inşa edilib. 10 ilə 1.5 milyon insanın əməyi ilə salınmış Süveyş kanalı hazırda siyasi intriqaların güdazına gedib...

Yenidən Qırmızı dənizdə baş verənlərə qayıdıram. Ermənilərin Sünik, bizim isə Zəngəzur dediyimiz ərazi Rusiya imperiyasının dağılmasından sonra 1918-1920-ci illərdə Ermənistan və Azərbaycanın ilk respublikaları arasında ciddi mübahisələrə səbəb olub. Ən önəmlisi isə odur ki, 1919-cu ilin yanvarında Böyük Britaniya Zəngəzur mahalı üzərində Azərbaycanın yurisdiksiyasını təsdiq edib. Sonra bolşeviklər hər iki respublikada iqtidara gəliblər.

Təəssüf ki, Azərbaycan diplomatiyası 1919-cu ilin yanvarında Böyük Britaniyanın Zəngəzur mahalı üzərində Azərbaycanın yurisdiksiyasını təsdiq etməsi kimi önəmli bir faktdan gərəyincə yararlanmayıb. Halbuki bu, son dərəcə önəmli məsələdir. O vaxtlar daha hansı Avropa ölkəsi Zəngəzur üzərində Azərbaycanın yurisdiksiyasını təsdiq edib? Bizim tarixçilərimiz bu kimi suallara etibarlı qaynaqlara istinadən birmənalı cavab verməlidir.

Başqa bir önəmli məqam: Böyük Britaniya Zəngəzur üzərində Azərbaycanın yurisdiksiyasını təsdiq edib, bəs, Britaniya nə vaxtsa bu sənəddən imtina edibmi? Yox. İmtina yoxdursa, dedik ki, yoxdur, deməli, Böyük Britaniya Zəngəzur üzərində Azərbaycanın yurisdiksiyasını tanıyır. Yəni Britaniyanın nəzərində Zəngəzur Azərbaycan torpağıdır. Absurd olan odur ki, ermənilər dədə-baba torpağımızdan bizə heç dəhliz belə vermək istəmirlər... 

2021-ci ilin 21 oktyabrında İlham Əliyev çıxışında birmənalı olaraq dedi ki, Ermənistan Zəngəzur dəhlizi məsələsinə razılıq verib. Az sonra Ermənistan rəhbərliyi bu razılıqdan müxtəlif bəhanələrlə geri çəkildi...

Qırmızı dənizdə baş verənlər katalizator kimi prosesi sürətləndirə bilər. Ən azı ona görə ki, dünyanın 51 ölkəsinin Zəngəzur dəhlizinə əşədü ehtiyacı yaranıb. Zəngəzur dəhlizi onların xilaskarına çevrilə bilər...

Bir şeyi də xatırladım ki, Türkiyənin keçmiş Baş naziri Bülənt Ecevit (1925–2006) I Qarabağ Müharibəsi zamanı Türkiyə Ordusunu Azərbaycanla Naxçıvan arasında dəhliz açmaq üçün hava əməliyyatlarına başlamağa çağırmışdı. Cənab Ecevit deyirdi ki, Türkiyə hava əməliyyatları ilə belə bir dəhliz aça bilər və bu, Ermənistanı Azərbaycanla ədalətli razılaşmaya vadar edə bilər.

Gördüyünüz kimi, Zəngəzur dəhlizinin açılması məsələsi hələ o vaxt da Türkiyə və Azərbaycanın gündəmində olub. Çünki Zəngəzur dəhlizi Türk Dünyasının bütövləşməsinə doğru atılmış ən böyük addım olardı..


Elbəyi Həsənli, Sürix

Müəllifin digər yazıları

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri ar

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaal “foreignaffairs.com” saytında əhatəli bir məqalə ilə çıxış edib. "Putin’s Hidden Game in the South Caucasus. Azerbaijan’s Rise, Georgia’s Drift, and Russia’s Quest for a Gateway to Iran and the Mi

Bəşər Əsəd İranı kürəyindən vurdu

Bəşər Əsəd İranı kürəyindən vurdu

Tanınmış politoloq Elxan Şahinoğlu yazır ki, Çinin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Pekinə etiraz notası verilib. İki ölkə arasında 400 milyard dollarlıq uzun müddətli yatırım sazişi var. Buna baxmayaraq, Pekin Tehranın regional siyasətinə önəm vermir. Belə ki, “Çi