Yazar

Maksimalist Ermənistan niyə ağlar günə qaldı?

Maksimalist Ermənistan niyə ağlar günə qaldı?
6Fervral 202416:39

Erməni əsilli Amerika tarixçisi və diplomatı Jirayr Liparityan (1945) 1993-cü ildə Ermənistan xarici işlər nazirinin birinci müavini, 1991-1994 və 1994-1997-ci illər ərzində Ermənistan prezidentinin (Levon Ter-Petrosyan) siyasi analiz məsələləri üzrə müşaviri, Ermənistan Təhlükəsizlik Şurasının katibi və xüsusi tapşırıqlar üzrə elçisi vəzifələrində çalışıb. 2021-ci ildə Bakıda keçirilən “Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri” beynəlxalq konfransında çıxış edib.

Rəhmətlik Vəfa Quluzadə ilə yaxın münasibətdə olub...

Ermənistanın “evnreport.com” saytında “Can Armenia Be Independent?” (Ermənistan müstəqil ola bilərmi?) adlı yazı gedib. Məqalə Ermənistanın II Qarabağ müharibəsindəki məğlubiyyətinin səbəblərinin izahına həsr olunub. Yazıda Azərbaycan oxucusu üçün maraqlı olan məqamlar da var.

Jirayr Liparityanın aşağıdakı fikri sitat kimi məqalədə verilib: “Biz (yəni ermənilər) tapılması mümkün olmayanı axtarırdıq və gözlənildiyi kimi də heç nə tapmadıq. 1997-ci ilin sentyabrında Ter-Petrosyanın danışıqlar üçün əsas kimi qəbul etdiyi və buna görə də istefaya getməyə məcbur olduğu təklifində nəzərdə tutulduğu kimi, biz Laçını öz əlimizdə saxlaya bilərdik. Bu təklifdə rus qoşunlarından bəhs edilməyib. Bu təklifə görə, Laçın Ermənistanın nəzarətində qalacaqdı. Ancaq daha çox alacağımıza əmin olduğumuz üçün biz bu təklifdən imtina etdik”. Liparityan öz xatirələrində 1997-ci ilin payızında Levon Ter-Petrosyan ilə “artsax” rəhbərliyi arasında həlledici görüş haqqında daha ətraflı məlumat verib. Həmin məlumatlara əsasən, Qarabağ klanının rəhbərləri Robert Köçəryan (sonradan Ermənistan prezidenti olub - 1998-2008) və Serj Sarkisyan (Ermənistanın sonradan prezidenti olub - 2008-2018) Levon Ter-Petrosyanın Azərbaycanla anlaşmasına mane olub və prezidenti istefa verməyə məcbur ediblər.

Məqalədə tarixçi-diplomatın status-kvonun saxlanmasının təhlükələrinə diqqət yetirən digər fikirlərinə də yer verilib. O yazıb ki, Ermənistan təklif olunan sülh planlarına maksimalist şəkildə yanaşırdı. Hər dəfə təklif olunan sülh variantlarını kifayət qədər əlverişli olmadığı bəhanəsi ilə rədd edirdi və bununla da özünü daha çıxılmaz vəziyyətə salırdı.

O, 2020-ci il müharibəsindən dərhal sonra nəşr olunan “Nə oldu və niyə?” adlı məqaləsində deyir:

“Biz nəyin bahasına olursa-olsun, yayınmalı olduğumuz bir müharibədə uduzduq, qalib gələ bilməyəcəyimiz bir müharibəyə cəlb olunduq...”

Liparityan onu da yazmışdı ki, 2016-cı ildə davam edən 4 günlük Aprel döyüşlərindən sonra bir daha aydın oldu ki, qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişib.

Jirayr Liparityan erməni diasporunun parlaq isimlərindəndir. Erməni İnqilabi Federasiyasının (“Daşnaksütyun”) üzvü olub. Sonra bu partiyanı tərk edib və “Daşnaksütyun”u erməni məsələsinə yanlış yanaşmada ittiham edib. Türkiyənin Ermənistana törədə biləcəyi təhlükənin şişirdildiyini bildirib. Azərbaycanın Ermənistana törədə biləcəyi təhlükənin isə dəyərincə qiymətləndirilməməsini də yanlış sayıb. Zatən o deyən kimi də oldu. Türkiyə Ermənistana elə bir şey eləmədi. Ermənistana nə elədisə, elə Azərbaycan elədi...

Bir şeyə də toxunum. Bəhs etdiyim məqalənin adı (“Ermənistan müstəqil ola bilərmi?”) özlüyündə çox şey deyir. Artıq erməni intellektualları Ermənistanın müstəqil dövlət kimi mövcud olmasının çətinliyinin fərqindədirlər. Başa düşürlər ki, ölkənin müstəqilliyi artıq təhlükə altındadır. Məncə də Türkiyə və Azərbaycanla anlaşa bilməyən Ermənistanın müstəqil dövlət kimi mövcudluğu həmişə sual altında olacaq…


Elbəyi Həsənli, Sürix

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs