Yazar

Türkiyə Cənubi Qafqazda “atəş nöqtələrini” balanslaşdırır - TƏHLİL

Türkiyə Cənubi Qafqazda “atəş nöqtələrini” balanslaşdırır - TƏHLİL
31May 202411:19

Azərbaycan 44 günlük müharibə ilə Ermənistanı məğlubiyyətə düçar etdikdən sonra Cənubi Qafqazın geosiyasi mənzərəsində fərqli prioritetlər meydana çıxdı. Yeni regional reallıqlar fonundakı aspektlər geostrateji tablo ilə bağlı:

- Perspektivləri müəyyənləşdirir,

- Bunun digər bölgələrə təsir dairəsini ölçür, qarşılıqlı əlaqə ilə proseslər bir-birilə zəncirvari şəkildə bağlanır.

Nəzərdə tutmaq lazımdır ki, Cənubi Qafqaz regionundakı proseslər aktorların qüvvələr nisbəti üzrə bölgüsündə baş verən dəyişikliklərin müşayiəti ilə davam edir.

Bunun nəticəsində Türkiyənin regionda genişlənən təmsilçiliyi təhdidlərə qarşı yüksələn profil kimi əhəmiyyət qazanır. Bu mənada Türkiyənin Azərbaycanla strateji müttəfiqliyi dərin geosiyasi əhəmiyyət kəsb edərək qlobal təhdidlərin Cənubi Qafqazdakı təzahürlərinə qarşı müştərək müdafiə immunitetini formalaşdırır.

Türkiyənin Cənubi Qafqazdakı iştirakı, Bakı-Ankara münasibətləri fonunda getdikcə daha dərin özüllərə baş vurur.

Beləcə, Türkiyə Azərbaycanla strateji əlaqələr fonunda regiona nəzarət yaratmaq məqsədlərini özünün xarici siyasətində aliləşən ideala çevirir. Ümumilikdə Türkiyənin regiondakı faktiki və səhnə arxasındakı təmsilçilik hüququ:

  1. Ankara ilə Qərb arasında fikir ayrılıqları mövcud olsa da, NATO-nun genişlənməsinə töhfə verir,
  2. Qərbin maraq göstərdiyi Gürcüstanı Rusiya təhdidlərindən qoruyur və Ankaranın bu hərəkətinə Azərbaycan da dəstək göstərir,
  3. NATO-Rusiya-Çin qarşıdurmasının Qafqazdakı rəqabətini neytrallaşdırıraq geniş manevr sahəsi qazanır,
  4. Rusiya ilə tərəfdaşlıq qismində şimaldan “əsən küləkləri” xəfiflədir,
  5. İranın regional ambisiyalarını zəiflədən dəyər qazanır. Türkiyə regionda tək deyil, pərdəarxasında onun prioritetlərinə dəstək verən ölkələrdən biri Böyük Britaniyadır.

Vaxtı ilə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun “Azərbaycanın atdığı addımlar Britaniyanın prioritetləri ilə üst-üstə düşür” mövqeyini ifadə etməsi həmin fikri gücləndirəcək arqument kimi istifadə edilə bilər.

Çünki Azərbaycan strateji pəncərələri açarkən Türkiyə ilə razılaşdırılmış məqamları önə çəkir, bu məntiqlə Bakı-Ankara xətti Londonun ürəyincədir.

Qafqaz səhmlərində aktivlərini çoxaldan Türkiyə regionda böyük güclər arasında balanslaşdırıcı və çəkindirici akt kimi vacibdir.

Azərbaycan prosesləri, nəticələri Türkiyə ilə starateji məsləhətləşmələrlə təhlil edərək, regionda yaranan reallıqları nəzərə alaraq Hərbi Doktrina və Milli Təhlükəsizlik Konsepsiyasına dəyişiklik etmək çağırışını sürətlə icra etməlidir.

Aqşin Kərimov,
Siyasi təhlilçi

Müəllifin digər yazıları

Kilsə Ermənistanı “partlatmaq” əmri alıb: Paşinyan nə edə bilər? - TƏHLİL

Kilsə Ermənistanı “partlatmaq” əmri alıb: Paşinyan nə edə bilər? - TƏHLİL

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı kilsə mərkəzli revanş götürmək cəhdi İrəvanı Azərbaycanla sülh proqramından geri döndərmək məramına xidmət edir.

Bu plan Ermənistan vasitəsilə:

- Ölkədə vətəndaş qarşıdurmasının yaradılması,

- Ardınca yarana biləcək xaotik durumdan

Paşinyana qarşı hücumlar: Kim harada dayanıb? - TƏHLİL

Paşinyana qarşı hücumlar: Kim harada dayanıb? - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan nəhayət ki, Azərbaycanla sülh gündəliyi üzrə konstruktiv mövqe sərgilədikcə, ona qarşı olan cəbhənin də aktivliyi artır.

Paşinyan indi faktiki olaraq erməni kilsəsi, “Qarabağ klanı”, erməni diasporu, iqtidar daxilində ona qarşı formalaşan paralel höku

Əliyevin Almaniya səfəri: Genişlənən imkanlar, Çin “qütbü” 

Əliyevin Almaniya səfəri: Genişlənən imkanlar, Çin “qütbü” 

Prezident İlham Əliyevin Almaniyaya səfəri üç istiqamətdə Azərbaycanın strateji imkanlarını yüksəldir. Birincisi,
Xocalıdakı qırğın məhz soyqırımıdır

Xocalıdakı qırğın məhz soyqırımıdır

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qırğının hüquqi təsnifi ilə bağlı müzakirələr bu günə qədər davam edir.

Bəziləri nədənsə Ermənistan ordusunun, SSRİ-dən o zaman Qarabağda miras qalmış 366-cı alayın, Yaxın Şərqdəki vətəndaş müharibələrində təcrübə toplamış “Ara

Azərbaycanın “Ermənistan ssenarisi”nə hazırlığı - TƏHLİL

Azərbaycanın “Ermənistan ssenarisi”nə hazırlığı - TƏHLİL

Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimindəki çıxışı Azərbaycanın daxili və xarici siyasətlərinin konseptual istiqamətlərinin əhəmiyyətli dərəcədə genişlənəcəyini göstərir.Əliyevin əvvəlki illərdəki andiçmələrindən fərqli olaraq, gələcək üçün müəyyənləşdirmə aktı: