Yazar

Avropa ölkələri Fransanı cırıq-cırıq edər...

Avropa ölkələri Fransanı cırıq-cırıq edər...
9Dekabr 202213:50

Elbəyi Həsənli

Məncə, bütün Azərbaycan mediası bu məsələni gündəmə daşımalıdır. İnsanlar bilməlidir ki, bizi erməni separatizminə görə ittiham edən ədabaz Fransanın özü hansı gündədir. Və düşünməlidir ki, demokratiyadan dəm vuran Fransa niyə öz daxilində separatizmə qarşı çıxır, Avropada olan separatizmdən qətiyyən danışmır, ancaq Azərbaycan və Türkiyədə separatizmə ikiəlli dəstək verir.

Milli və dövlət maraqlarımız bu informasiyanın mümkün qədər geniş kütlələr arasında yayılmasını tələb edir...

Fransada nə qədər aktiv separatçı hərəkat var? Siyahını təqdim edirəm:

1) Elzasın müstəqillik hərəkatı (fransızca: Mouvement autonomiste alsacien; alzasca: D'Elsässischa Salbschtstandikaitbewegùng; almanca: Elsässische autonome Bewegung) Elzasın daha böyük muxtariyyət və ya tam müstəqilliyi uğrunda mədəni, ideoloji və siyasi regionalist hərəkatdır.

2) Basklar. Fransa Bask ölkəsi və ya dövləti (The French Basque Country, or Northern Basque Country)

3) Bretan— Breton. Hazırda Fransa sərhədləri daxilində qalan, keçmişdə müstəqil krallıq və hersoqluq olan bölgə. 6 Seltik xalqından biri olan Bretanların sayı 5 milyon nəfərə yaxındır. Onlar Qarabağ erməniləri kimi bir ovuc deyillər...

4) Korsika. Napoleon Bonapart-ın vətəni. Bir vaxt o da Korsikanın azadlığı uğrunda Fransaya qarşı əlisilahlı mübarizə aparıb. 350 min nəfərlik əhalisi var.

5) Occitania. Fransanın bu regionunun 16 milyon nəfər əhalisi var. 16 milyon...

6) Fransanın Flander Hərəkatı (French Flanders)

7) Provans (fr. Provence;Provansca:Provença və ya Prouvènço) — cənub-şərqi Fransada bir regiondur. İtaliya ilə qonşu olan bu region Provans-Alp-Kot Dazur əyalətinin inzibati hissəsidir. Aralıq dənizi sahilində yerləşir. Mərkəzi Marsel şəhəridir.

8) Fransada Katalan Hərəkatı (Northern Catalonia, North Catalonia, French Catalonia) Dünyada katalan dilində 9.2 milyon adam danışır. Kataloniya Fransa ilə İspaniya arasında parçalanıb. Nə Fransa, nə də İspaniya katalonlara müstəqil dövlət olmağa imkan verir...

9) Dənizkənarı Alplar — Fransanın cənubi-şərqində yerləşən departament, sıra nömrəsi-6, inzibati mərkəzi isə Nitsa şəhəridir. 1.1 milyon əhalisi var. Fransadan muxtariyyət almaq uğrunda mübarizə aparır.

10) Normandiya (fr. Normandie). Şimali Fransada yerləşir. Əhalisi 3.5 milyon nəfərdir. Fransadan muxtariyyət almaq uğrunda mübarizə aparır.

11) Savoy. Fransanın cənub-şərqində Alp dağlarının ətəyində yerləşən tarixi bölgədir. Bir müddət müstəqil knyazlıq kimi mövcud idi, o, öz çiçəklənmə dövründə Nitsa, Genuya, Cenevrə və Piemont ərazilərini əhatə edirdi.Hazırda 1.3 milyon nəfərə yaxın əhalisi var. Fransadan muxtariyyət almaq uğrunda mübarizə aparır.

12) Occitania . Bu xalq Fransa, İtaliya və İspaniya arasında sıxılıb qalıb.

Bütün bunlar təkcə Fransada olan separatçı hərəkatlardır. Digər Avropa ölkələrində də vəziyyət aşağı-yuxarı eynidir. Bütövlükdə Avropada 260-a yaxın separatçı hərəkat var. Sual olunur: Niyə Fransa həm öz daxilində, həm də Avropada olan heç bir separatçı hərəkatlara dəstək vermir. Ancaq Fransa Azərbaycan və Türkiyədəki separatçı hərəkatları ikiəlli dəstəkliyir? Xeyir ol, məqsəd nədir ki? Separatizmə dəstək demokratiya əlamətidirsə, xub, onda Fransanın daxilində və Avropada olan separatizmə dəstək ver. Verə bilərsən? Əlbəttə ki, yox. Avropa ölkələri Fransanı cırıq-cırıq edər...


Bu xəritə belə adlanır: Bütün separatçı hərəkatlar müstəqillik əldə etsə, Fransadan nə qalar


 

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs