Yazar

Hörmətli politoloqlar, Qarabağdakı ermənilərə xitab edin!

Hörmətli politoloqlar, Qarabağdakı ermənilərə xitab edin!
14Dekabr 202219:12

Aqşin Kərimov

Hörmətli, "Qərbpərəst" politoloqlar, Azərbaycan hakimiyyətinə çağırış etməkdənsə, yaxşı olardı ki, Qarabağdakı erməni əhaliyə xitab edən müraciətlərə baş vurasınız! Artıq sizin dediyiniz miflər keçərli deyil, Qərb özü də Bakı ilə münasibətlərə önəm verir və bu əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək.

Çünki Azərbaycanın Böyük Britaniya kimi açıq tərəfdaşı və gizli müttəfiqi var.

Verilən bəyanatlar sadəcə üzdə olanlardır, arxa planda isə hamısı Azərbaycanla əməkdaşlığın dərinləşməsinə can atır.

Erməni əhali humanitar böhranın qurbanı olmaq istəmirsə, Azərbaycanın qanunlarına boyun əydiyini elan etməlidir.

Hətta erməni əhali separatçı liderlərə qarşı səsini ucaltmalıdır. Bilirəm, bu, onlar üçün çətindir, çünki erməni separatçı dəstələri kimisə cəzalandıra da bilər.

Amma Azərbaycanda çağırışlar elə qurulmalıdır ki, mülki ermənilər nicatı yalnız rəsmi Bakıda axtarsın və separatçılara qarşı etirazlar körüklənsin.

Məncə Azərbaycan bu mərhələyə də nail olacaq!

Müəllifin digər yazıları

Türkiyə Cənubi Qafqazda “atəş nöqtələrini” balanslaşdırır - TƏHLİL

Türkiyə Cənubi Qafqazda “atəş nöqtələrini” balanslaşdırır - TƏHLİL

Azərbaycan 44 günlük müharibə ilə Ermənistanı məğlubiyyətə düçar etdikdən sonra Cənubi Qafqazın geosiyasi mənzərəsində fərqli prioritetlər meydana çıxdı. Yeni regional reallıqlar fonundakı aspektlər geostrateji tablo ilə bağlı:

- Perspektivləri müəyyənləşdirir,

- Bunun digər bölgələ

Kilsə Ermənistanı “partlatmaq” əmri alıb: Paşinyan nə edə bilər? - TƏHLİL

Kilsə Ermənistanı “partlatmaq” əmri alıb: Paşinyan nə edə bilər? - TƏHLİL

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı kilsə mərkəzli revanş götürmək cəhdi İrəvanı Azərbaycanla sülh proqramından geri döndərmək məramına xidmət edir.

Bu plan Ermənistan vasitəsilə:

- Ölkədə vətəndaş qarşıdurmasının yaradılması,

- Ardınca yarana biləcək xaotik durumdan

Paşinyana qarşı hücumlar: Kim harada dayanıb? - TƏHLİL

Paşinyana qarşı hücumlar: Kim harada dayanıb? - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan nəhayət ki, Azərbaycanla sülh gündəliyi üzrə konstruktiv mövqe sərgilədikcə, ona qarşı olan cəbhənin də aktivliyi artır.

Paşinyan indi faktiki olaraq erməni kilsəsi, “Qarabağ klanı”, erməni diasporu, iqtidar daxilində ona qarşı formalaşan paralel höku

Əliyevin Almaniya səfəri: Genişlənən imkanlar, Çin “qütbü” 

Əliyevin Almaniya səfəri: Genişlənən imkanlar, Çin “qütbü” 

Prezident İlham Əliyevin Almaniyaya səfəri üç istiqamətdə Azərbaycanın strateji imkanlarını yüksəldir. Birincisi,
Xocalıdakı qırğın məhz soyqırımıdır

Xocalıdakı qırğın məhz soyqırımıdır

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qırğının hüquqi təsnifi ilə bağlı müzakirələr bu günə qədər davam edir.

Bəziləri nədənsə Ermənistan ordusunun, SSRİ-dən o zaman Qarabağda miras qalmış 366-cı alayın, Yaxın Şərqdəki vətəndaş müharibələrində təcrübə toplamış “Ara