Yazar

Dünya bilməlidir ki, bu 3 şərtə əməl olunmasa, Laçın yolu açılmayacaq

Dünya bilməlidir ki, bu 3 şərtə əməl olunmasa, Laçın yolu açılmayacaq
26Dekabr 202213:57

Elbəyi Həsənli

Ruben Vardanyan açıq mətnlə deyir: “Bizim (Qarabağ ermənilərinin) üç seçimimiz var: ya Azərbaycana inteqrasiya etməlyik, ya ərazidən çıxmalıyıq, ya da mübarizə (yəni qondarma Dağlıq Qarabağın Azərbaycandan ayrılması uğrunda) aparmalıyıq”.
Və həmən də qeyd edir ki, mən mübarizəni seçmişəm, yəni biz qan tökməliyik, Azərbaycanla müharibə etməliyik...

Azərbaycan tərəfi bu kimi ekstremist çağırışlar səsləndirən Ruben Vardanyan haqqında ciddi tədbirlər görməlidir. Beynəlxalq güc mərkəzləri ilə danışıqlar zamanı vurğulanmalıdır ki, terrorçu təfəkkürlü belə birisi yerli erməniləri Azərbaycana qarşı qaldırmaqla bölgədə vəziyyəti daha da gərginləşdirir. Gərginliyi aradan qaldırmaq üçün Azərbaycan Qarabağda lokal hərbi əməliyyatlar keçirmək zorundadır...

Başqa bir məqam, Xankəndində keçirilən aksiyada uzunluğu ilə seçilən Ermənistan bayrağı nümayiş etdirilib. Deyilməlidir ki, Azərbaycan torpağında bu boyda Ermənistan bayrağını nümayiş etdirənlər ekstremist adamlardır və bu kimi insanlarla Azərbaycan sərt danışmaqdan başqa yolu qalmayıb...

Bir daha vurğulayıram: Şuşa yaxınlığında keçirilən aksiya davam etməlidir. Yalnız bu yol rəsmi qaydada və total şəkildə Azərbaycanın müvafiq orqanlarının nəzarəti altına keçdikdən sonra ermənilərin sərbəst gediş-gəlişinə şərait yaradıla bilər...

Erməni separatçılarının istismarı altında olan bütün təbii sərvətlər milliləşməlidir. Bu kimi mənbələrdən gələn vəsait hesabına erməni separatizmi maliyyə qaynaqları əldə edir. Azərbaycanın var-dövlətindən Azərbaycana qarşı istifadəyə heç bir halda yol vermək olmaz...

Və ən önəmlisi: Qarabağda olan erməni yaraqlıları tərksilah olunmalıdır. Bu, mütləqdir...

Qarabağda yaşayan ermənilər, eləcə də bütün dünya bilməlidir ki, bu 3 şərtə əməl olunmasa, Laçın yolu açılmayacaq. Hazırda isə ermənilərə bu yoldan istisna hal kimi yalnız və yalnız humanitar məqsədlər üçün istifadə icazə verilə bilər...

Ruben Vardanyan ilə Nikol Paşinyan arasında ziddiyyətlər dərinləşir. Azərbaycan və Türkiyə olaraq bu prosesin sürətlənməsinə və dərinləşməsinə çalışmalıyıq...

Müəllifin digər yazıları

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri ar

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaal “foreignaffairs.com” saytında əhatəli bir məqalə ilə çıxış edib. "Putin’s Hidden Game in the South Caucasus. Azerbaijan’s Rise, Georgia’s Drift, and Russia’s Quest for a Gateway to Iran and the Mi

Bəşər Əsəd İranı kürəyindən vurdu

Bəşər Əsəd İranı kürəyindən vurdu

Tanınmış politoloq Elxan Şahinoğlu yazır ki, Çinin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Pekinə etiraz notası verilib. İki ölkə arasında 400 milyard dollarlıq uzun müddətli yatırım sazişi var. Buna baxmayaraq, Pekin Tehranın regional siyasətinə önəm vermir. Belə ki, “Çi