Yazar

ABŞ və Aİ Qarabağ separatçılarını niyə terrorçu kimi tanımır?

ABŞ və Aİ Qarabağ separatçılarını niyə terrorçu kimi tanımır?
28Dekabr 202217:51

Elbəyi Həsənli

ABŞ və Avropa İttifaqı separatçı, üstəlik silahlı Qarabağ ermənilərini niyə terrorçu kimi tanımır?

İspaniya və Fransanın bir hissəsini əhatə edən bölgənin müstəqilliyi uğrunda silahlı mübarizə aparan bask radikal-solçu, milliyyətçi və separatçı təşkilatı ETA İspaniya və Fransa, həmçinin Avropa İttifaqı və ABŞ tərəfindən terror təşkilatı kimi tanınıb.

İrlandiya Respublikaçı Ordusu (IRO) İrlandiya Respublikasının qurulması üçün yaradılmış inqilabçı yarımhərbi təşkilat da həmçinin.

Deməli, Avropa dövlətləri əl-ələ verib silahlı separatçıları sıradan çıxardıb. O cümlədən Fransa da bu işdə xüsusi canfəşanlıq göstərib...

Sirr deyil ki, Qarabağ erməniləri Ermənistanın və dünya erməniliyinin havadarlarının dəstəyi ilə Azərbaycana qarşı silahlı mübarizə aparır. Ancaq ETA və İRO-ya qarşı radikal mövqe sərgiləyən Avropa İttifaqı və ABŞ Azərbaycanın bir hissəsini özələşdirmək istəyən separatçı erməniləri terrorçu kimi tanımaq haqqında heç düşünmür də. Sual olunur ki, niyə? Niyə Avropadakı əlisilahlı separatçılar terrorçu sayılır, Azərbaycandakı əli silahlılar isə ABŞ və Avropa İttifaqı tərəfindən az qala azadlıq mücahidləri kimi vəsf olunur?

Saqqalım yoxdur, sözüm keçmir. Biz Azərbaycan olaraq Qarabağ erməniləri ilə bağlı Qərblə çox kəskin danışmalıyıq. Bu məsələdə hücumda olmalıyıq, müdafiə mövqeyi sərgiləmək kökündən yanlışdır. Azərbaycan olaraq birbaşa, yəni ABŞ və Avropa İttifaqının gözünün içinə baxaraq bu kimi faktları onların sifətinə çırpmalıyıq ki, siz Avropanı hədəf alan əlisialhlı separatçıları “terrorçu” deyib sıradan çıxarırsız, Azərbaycandakı əlislahlı terrorçulara isə qucaq açırsız, maddi və siyasi dəstək verirsiz. Niyə, xeyir ola?

Mən əminəm ki, Qarabağ məsələsində Azərbaycan sonuna qədər haqlıdır. Azərbaycan beynəlxalq qanunlara əsasən öz ərazisində anti-terror əməliyyatı keçirmək haqqına sahibdir. Rəsmən xəbərdarlıq edilməlidir ki, Azərbaycan tərəfi istədiyi vaxt Qarabağdakı terrorçuların tərksilah edilməsi üçün konkret addımlar atacaq. Terrorçuların nazı ilə oynamaq lazım deyil.

Müəllifin digər yazıları

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri ar

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaal “foreignaffairs.com” saytında əhatəli bir məqalə ilə çıxış edib. "Putin’s Hidden Game in the South Caucasus. Azerbaijan’s Rise, Georgia’s Drift, and Russia’s Quest for a Gateway to Iran and the Mi

Bəşər Əsəd İranı kürəyindən vurdu

Bəşər Əsəd İranı kürəyindən vurdu

Tanınmış politoloq Elxan Şahinoğlu yazır ki, Çinin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Pekinə etiraz notası verilib. İki ölkə arasında 400 milyard dollarlıq uzun müddətli yatırım sazişi var. Buna baxmayaraq, Pekin Tehranın regional siyasətinə önəm vermir. Belə ki, “Çi