Yazar

BMT-də Azərbaycanın dostları çoxdur, Ermənistanın?..

BMT-də Azərbaycanın dostları çoxdur, Ermənistanın?..
31Dekabr 202219:16

Elbəyi Həsənli

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olduğu kimi BMT-də də Azərbaycanın dostları Ermənistandan çoxdur.

Fransa BMT-də Ermənistanın arzusunda olduğu “Laçın dəhlizinin bağlanmasından dolayı yaranmış humanitar fəlakət”lə bağlı sənədi keçirə bilmədi. Niyə Fransa bunu bacarmadı?

Səbəblər çoxdur. Əsas səbəblərdən biri odur ki, Fransa dünyanın siyasi mərkəzləri ilə razılaşmadan özfəaliyyətlə məşğul olur. Yəni özünə vurğunluq cənab Makronu pis günə qoydu.

İkinci səbəb isə Azərbaycanla bağlıdır. Yadınızdadırmı, İlham Əliyev belə bir ifadə işlətdi ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasa da, bizim bu təşkilatda dostlarımız Ermənistandan daha çoxdur...

BMT-də də eyni mənzərənin şahidi olduq. Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın bütün cəhdlərini alt-üst etdi.

Cənubi Qafqazın açar ölkəsi olan Azərbaycan hamıya lazımdır. Ac-yalavac Ermənistan isə Fransadan başqa bir ölkənin işinə yaramır...

Azərbaycan diplomatiyası belə böyük bir qələbə ilə 2022-ci ili başa vurdu.

Şuşa yaxınlığında aksiya başlayan ilk gün yazmışdım ki, bununla da Laçın yolunun dəhliz statusuna son qoyuldu. Niyə belə düşnürdüm? İlham Əliyev birmənalı şəkildə dedi ki, Ermənistan Rusiyanın vassalıdır. Ermənistan bizimlə anlaşmaq istəmirsə, biz Ermənistanın ağası olan Rusiya ilə danışıqlar aparacağıq. Apardılar da. Nəticə də ortadadır.

Bu həm də o deməkdir ki, Laçın yolu yalnız və yalnız Azərbaycanın diktə etdiyi şərtlər daxilində açıla bilər.

P.S. Əminəm ki, dünya azərbaycanlıları həmrəy olsa, bu kimi qələbələrimiz daha çox olacaq. Həmrəylik gününüz və yeni iliniz mübarək olsun....

 

Müəllifin digər yazıları

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri ar