Yazar

Baronessa Koks hələ də danışır, Zori Balayan susub

Baronessa Koks hələ də danışır, Zori Balayan susub
15Yanvar 202317:21

Elbəyi Həsənli

85 yaşlı britaniyalı Baronessa Koks (Caroline Anne Cox, Baroness Cox) ermənilər arasında son dərəcə populyar birisidir. Adam az qala bütün ömrünü ermənilərə həsr edib. Təsadüfi deyil ki, ABŞ erməni lobbisinin əsas lokomotivi olan konqresmen Frenke Pallone bu xanımı əsl erməni millətçisi, Ermənistan və Qarabağ üçün canını verməyə hazır birisi" adlandırıb.

Tomas de Vaal Karolina Koksuun Ermənistan-Azərbaycan münaqişəsindəki iştirakını izah edərkən onu "Qarabağ ermənilərinin ehtiraslı tərəfdarı" adlandırıb.

2018-ci ilin məlumatına görə, bu xanım 80 dəfədən çox Qarabağda olub. Bütün səfərlərdə onu yazıçı Zori Balayan müşayiət edib. Zori Balayan 80-ci illərin əvvəllərində yazdığı "Ocaq" əsərində Qarabağ və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edib. (O da maraqlıdır ki, Zori Balayanın səsi daha gəlmir. Sanki heç belə birisi bu dünyada yoxdur).

Baronessa Koks həmişə ermənilərə maddi və mənəvi dəstək verib.

Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfərlərinə görə rəsmi Bakı bu xanımın adını “qara siyahı”ya salıb.

O, anti-islamçı kimi də şöhrət qazanıb. Açıq şəkildə xristian funadmetalizmini təbliğ edir.

Britaniya Lordlar Palatasının üzvü olan bu xanım “Laçın dəhlizi”nin açılması üçün Xarici İşlər Nazirliyinə müraciət edib. Britaniyanı “növbəti erməni genosidi”nin qarşısını almaq üçün hərəkətə keçməyə çağırıb.

Gördüyünüz kimi, bu xanım da əsl erməni kimi hər kəsi “genosid” sözü ilə qorxutmağı sevir.

Baronessa Koks Qarabağ ermənilərinin “soyqırımı” haqqında kitab da yazıb...

Müəllifin digər yazıları

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri ar

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaal “foreignaffairs.com” saytında əhatəli bir məqalə ilə çıxış edib. "Putin’s Hidden Game in the South Caucasus. Azerbaijan’s Rise, Georgia’s Drift, and Russia’s Quest for a Gateway to Iran and the Mi

Bəşər Əsəd İranı kürəyindən vurdu

Bəşər Əsəd İranı kürəyindən vurdu

Tanınmış politoloq Elxan Şahinoğlu yazır ki, Çinin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Pekinə etiraz notası verilib. İki ölkə arasında 400 milyard dollarlıq uzun müddətli yatırım sazişi var. Buna baxmayaraq, Pekin Tehranın regional siyasətinə önəm vermir. Belə ki, “Çi