Yazar

Böyük və xırda kişilər

Böyük və xırda kişilər
17Yanvar 202313:51

Elbəyi Həsənli

20 ilə yaxındır ki, Sürix şəhərində yaşayıram. İsveçrədə əhalinin dördə biri yabançıdır. Dünyanın müxtəlif güşələrindən gəlmiş fərqli mədəniyyətləri təmsil edən insanlar bu ölkədə rahat yaşayırlar.

Məsələn, Sürix İsveçrənin ən varlı şəhəridir. Ölkənin maliyyə paytaxtı sayılır. İsveçrənin paytaxtı Bern şəhərinə Sürix hər il rəsmən maddi dəstək verir. İsveçrədə belədir. Varlı kantonlar kasıb kantonlara maddi dəstək verməyə borcludur...

Düşünün ki, Sürix kimi şəhərdə birisi mənə-türk əsilli müsəlmana demir ki, qaqaş, səni niyə mənim gen yerimi dar eləmisən... Buralarda belə anlayış yoxdur.

Azərbaycan kimi sivilizasiyadan uzaq düşmüş ölkələrdə isə cahillər belə sarsaq söhbətlər edirlər.

Niyə belədir? Çünki bunlar milli düşüncənin daşıyıcısı ola bilməyiblər. Bakılı böyük Məhəmməd Əmin Rəsulzadə idi ki, o taylı-bu taylı Azərbaycan üçün ağlasığmaz işlər gördü. Böyük bir milləti üçrəngli bayrağın altında birləşdirdi. Bakılı Zeynalabdin Tağıyev idi. O, var-dövlətini milli ziyalıların yetişməsi üçün sağa-sola səpələdi. Avropaya oxumağa göndərdiklərindən də soruşmadı ki, sən bakılısan, yoxsa nuxalısan...

Çalışın, böyük kişilərin yolunu gedin. Xırdalara qoşulub xırdalanmayın...

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs