Yazar

Əliyev-Paşinyan görüşünün Münhen raundu: Nələr gözlənilir? – TƏHLİL

Əliyev-Paşinyan görüşünün Münhen raundu: Nələr gözlənilir? – TƏHLİL
20Fervral 202312:56

Aqşin Kərimov

Münhen Təhlükəsizlik Konfransı İkinci Dünya Müharibəsindən sonrakı nizamın təməl prinsiplərinə qarşı gərgin mübarizənin konturlarını və risk qavrayışlarını, münaqişələrin nizamlanma üsullarını müəyyən edə bilən mühüm platformadır.

Sülh və təhlükəsizlik üçün riskləri eksklüziv indekslərlə analiz edən Münhen Təhlükəsizlik Konfransı Cənubi Qafqaz regionunun həssas bünövrə üzərində tektonik dəyişikliklərə hazır olduğunu qiymətləndirir.

ABŞ tərəfinin təşəbbüsü ilə reallaşan Azərbaycan-Ermənistan liderlərinin Münhen görüşü Cənubi Qafqaz oxundakı proseslərdə Vaşinqtonun önə çıxmaq şanslarını artırmaq səylərindən xəbər verir.
Çünki Cənubi Qafqaz regionu beynəlxalq nizamın hara doğru döndüyünü təyin edə biləcək strateji xüsusiyyətlərə malikdir.

Qlobal aktorlar strateji aktivlərini əhəmiyyətli dərəcədə artırmaq üçün Cənubi Qafqaz coğrafiyasını cazibə mərkəzi kimi görürlər. Ona görə də, Azərbaycan-Ermənistan münasibətlərindəki qara nöqtələrin üzünü ağ etməyə və ya daha da zədələməyə çalışırlar.

Çünki təhlükəsizlik və sülhə dair ziddiyyətli davranışlar, bir-birilə uyuşmayan qavrayışlar prosesləri fərqli məcraya aparır.

Təsəvvürləri bir az aydınlaşdırmaq üçün Münhen Təhlükəsizlik Konfransındakı Cənubi Qafqaz mövzusu üzrə xətlərə diqqət etmək lazımdır. Beləliklə Münhen Təhlükəsizlik Konfransı:

- Rusiya-Ukrayna müharibəsinin nəticələrinin regional mənzərəyə təsirlərini qiymətləndirən tezislərə malikdir,

- Azərbaycan-Ermənistan münasibətlərinin yoluna qoyulmasında Qərb tərəfə əyilən, lakin təhlükəsizlik narahatlıqları ilə əlaqədar Rusiya ilə gərginliyə getməyən Gürcüstanın proseslərdəki rolunu təyin edir,

- ABŞ-Britaniya ikilisinin Rusiya və Çinlə mübarizəsindəki çalarları aydınlaşdıra biləcək metodologiyaya malikdir,

- NATO-nun güclü dövlətlərindən biri olan Fransanın regiondakı rəqiblərini kənara atmaq üçün çıxartdığı buynuzların uzunluğunu ölçə bilir,

- İranın artan ambisiyalarının gələcək üçün həm Tehran, həm də region üçün nəticələrini proqnozlaşdırmağa imkan verir.

ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün təşkil edilməsi çoxtərəfli aspektləri özündə cəmləşdirir.

Ümumiyyətlə, Ağ Evin son zamanlar Cənubi Qafqazda aktivliyi müşahidə olunur, Vaşinqton Azərbaycan-Ermənistan icmaları arasındakı təmasların dərinləşdirilməsi üçün bəlkə də xeyli miqdarda vəsait xərcləyir.

Lakin səmərəlilik indeksində hələ ki əhəmiyyətli irəliləyiş əldə edə bilməyib, çünki Vaşinqton Cənubi Qafqazda Moskva qarşısında zəif bənd kimi görünür.

Əliyev-Paşinyan dialoqunun Münhen raundundan sonrakı proseslərdə Vaşinqton rıçaqlar qazanmaq niyyətlərini gizlətməyəcək, hərçənd ki, Kremlin buna necə reaksiya verəcəyi də maraqlıdır.

ABŞ Azərbaycan, Gürcüstan və Ermənistanın üçtərəfli inteqrasiya əsasında sülh modelinin yaradılmasına çalışır, Moskva isə xalqların təmaslarının genişlənməsindən narahatdır.

Ona görə də, Əliyevlə Paşinyanın Blinkenin moderatorluğu ilə keçirdiyi görüşdən sonra Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin iştirakı ilə debata qatılması Moskvanın perspektiv baxışlarındakı qəzəbləri artıra bilər.

Rusiyanın qəzəb tonunun yükü əsasən Ermənistanın üzərinə yönəlir, yəni Münhen Təhlükəsizlik Konfransı belə İrəvanın cəzalanması planını aradan qaldırmır.



Rusiyanın aqressiyasını Gürcüstana qarşı da nümayiş etdirə bilər, ona görə yox ki, Tbilisi Bakı-İrəvan münasibətlərində tənzimləyici elementlərə malikdir.

Həm də ona görə ki, Tbilisi ABŞ-nin vasitəçiliyi ilə regionun siyasi paytaxtı rolunda sülh müqaviləsinin imzalandığı məkana çevrilə bilər.

Rusiyanın Münhen Təhlükəsizlik Konfransından sonra atacağı addımlarda Gürcüstanı da hədəfə ala bilər. Moskva Gürcüstandakı iki münaqişə ocağını – Abxaziya və Cənubi Osetiya – alovlandıraraq Tbilisini imtahana çəkmək potensialını göstərmək əzmindədir.
Azərbaycana gəlincə, burada məsələ bir qədər fərqlidir.

Rusiyanın imperiya təfəkkürünü əlində bərk saxlamasını nəzərə alaraq, Bakı ilə Moskvanı bir-birindən ayıran əsas xətt Qarabağdakı mübahisəli məsələlərin tənzimlənməsidir.

Moskvanın cari kartı Ruben Vardanyandır, lakin bu da son deyil. Maraqlı cəhət burasındadır ki, Vardanyana Qərb də “gözün üstündə qaşın var” demir. Çünki Vardanyan Rusiya-Qərb əlaqələrindəki qeyri-leqal maliyyə qanadında özünə yaxşıca yer edib.

İlham Əliyevin Paşinyanla debatda Vardanyanın Rusiyadan ixrac edildiyini söyləməklə topu Qərbə atdı və göstərdi ki:

1. Qərb sülh istəyirsə, Rusiyanın “milyarder layihəsinin” qarşısını alsın,

2. Sonrakı mərhələdə Qarabağdakı erməni əhalinin təhlükəsizlik məsələsində arxayın olaraq Azərbaycana etibar etsin,

3. Ümumiyyətlə, Qarabağdakı erməni icması ilə təmaslar yalnız Azərbaycanın yurisdiksiyası çərçivəsində baş tutmalıdır və Moskva ilə Qərb buna müdaxilədən çəkinməlidir.

PROQNOZLAR:

Azərbaycanla Türkiyə ortaq strateji partnyoru Gürcüstanı mühafizə etməkdən ötrü Moskva ilə təmasları gücləndirəcək. Münhen Təhlükəsizlik Konfransının mümkün proqnozlaşdırıla bilinən nəticələri üçün Kremllə dialoqlar davam etdiriləcək.

ABŞ ilə münasibətlərdəki bəzi təzahürlərin aşkara çıxmaması üçün Azərbaycan Avropa İttifaqı üzərindən təmaslara üstünlük verəcək.

Azərbaycan Ermənistanın sülh modeli üçün Bakıya təqdim etdiyi yeni təklifləri incələsə də, İrəvanın mövqeyinin onu qane etməyəcəyini bilir. Çünki İrəvan sərhədlərin delimitasiyası məsələsində, Zəngəzur dəhlizinin açılması mövzusunda paradoksallıq nümayiş etdirir ki, vaxt qazansın.

Bu amil Azərbaycan-Ermənistan sərhədindəki eskalasiya riskinin yenidən zühur etməsinə şərait yaradır. Ona görə də, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüş və məlum debat bəlkə də İrəvan üçün son şanslardan biri olacaq.

Müəllifin digər yazıları

Türkiyə Cənubi Qafqazda “atəş nöqtələrini” balanslaşdırır - TƏHLİL

Türkiyə Cənubi Qafqazda “atəş nöqtələrini” balanslaşdırır - TƏHLİL

Azərbaycan 44 günlük müharibə ilə Ermənistanı məğlubiyyətə düçar etdikdən sonra Cənubi Qafqazın geosiyasi mənzərəsində fərqli prioritetlər meydana çıxdı. Yeni regional reallıqlar fonundakı aspektlər geostrateji tablo ilə bağlı:

- Perspektivləri müəyyənləşdirir,

- Bunun digər bölgələ

Kilsə Ermənistanı “partlatmaq” əmri alıb: Paşinyan nə edə bilər? - TƏHLİL

Kilsə Ermənistanı “partlatmaq” əmri alıb: Paşinyan nə edə bilər? - TƏHLİL

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı kilsə mərkəzli revanş götürmək cəhdi İrəvanı Azərbaycanla sülh proqramından geri döndərmək məramına xidmət edir.

Bu plan Ermənistan vasitəsilə:

- Ölkədə vətəndaş qarşıdurmasının yaradılması,

- Ardınca yarana biləcək xaotik durumdan

Paşinyana qarşı hücumlar: Kim harada dayanıb? - TƏHLİL

Paşinyana qarşı hücumlar: Kim harada dayanıb? - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan nəhayət ki, Azərbaycanla sülh gündəliyi üzrə konstruktiv mövqe sərgilədikcə, ona qarşı olan cəbhənin də aktivliyi artır.

Paşinyan indi faktiki olaraq erməni kilsəsi, “Qarabağ klanı”, erməni diasporu, iqtidar daxilində ona qarşı formalaşan paralel höku

Əliyevin Almaniya səfəri: Genişlənən imkanlar, Çin “qütbü” 

Əliyevin Almaniya səfəri: Genişlənən imkanlar, Çin “qütbü” 

Prezident İlham Əliyevin Almaniyaya səfəri üç istiqamətdə Azərbaycanın strateji imkanlarını yüksəldir. Birincisi,
Xocalıdakı qırğın məhz soyqırımıdır

Xocalıdakı qırğın məhz soyqırımıdır

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qırğının hüquqi təsnifi ilə bağlı müzakirələr bu günə qədər davam edir.

Bəziləri nədənsə Ermənistan ordusunun, SSRİ-dən o zaman Qarabağda miras qalmış 366-cı alayın, Yaxın Şərqdəki vətəndaş müharibələrində təcrübə toplamış “Ara