Yazar
Kölgədə qalan Dövlət Baxçalının kölgəsi
Elbəyi Həsənli
Ötən statusumda qeyd etmişdim ki, 2023-cü ilin mayında keçiriləcək prezident və parlament seçkilərindən sonra Türkiyə ilə Azərbaycan arasında münasibətlər gərginləşə bilər. Niyə? Çünkisini də yazmışdım. 2009-cu ildə Abdulla Gül və Serj Sarkisyanın sərgilədiyi “futbol diplomatiyası” zamanı Bursada Azərbaycan bayraqlarının polis tərəfindən bütün dünyanın gözü qarşısında, özü də kütləvi şəkildə zibil qutularına doldurulmasın qeyd etmişdim.
Ötən statusumda qeyd etmişdim ki, 2023-cü ilin mayında keçiriləcək prezident və parlament seçkilərindən sonra Türkiyə ilə Azərbaycan arasında münasibətlər gərginləşə bilər. Niyə? Çünkisini də yazmışdım. 2009-cu ildə Abdulla Gül və Serj Sarkisyanın sərgilədiyi “futbol diplomatiyası” zamanı Bursada Azərbaycan bayraqlarının polis tərəfindən bütün dünyanın gözü qarşısında, özü də kütləvi şəkildə zibil qutularına doldurulmasın qeyd etmişdim.
Buna cavab olaraq Dağüstü Parkdakı türklərin toplandığı cami qapadıldı və türk şəhidliyinin ətrafındakı Türkiyə bayraqları yığışdırıldı. Bəli, biz Türkiyədən fərqli olaraq Türkiyənin bayraqlarını nümayişkəranə şəkildə zibil qutularına doldurmadıq. Türkiyə sevgisi buna imkan vermədi...
2008-2010-ci illərdə Ankara ilə Bakı arasında gərginliyə səbəb olmuş Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması layihəsinin “ideya ataları” sayılan Ahmet Davutoğlu ilə Ali Babacan indi “Altılı masa”da təmsil olunmurmu? “Sürix Protokolu”nun (2009-cu il) Türkiyə ilə Azərbaycan arasında hansı gərginlik yaratdığı dünənin söhbətidir.
“Altılı masa” seçkidə qələbə qazanarsa, Türkiyə-Azərbaycan əlaqələrini hansı istiqamətdə gedəcək? Vurğulamışdım ki, Abdullah Gül, Ahmet Davutoğlu və Ali Babacan olan yerdə Türkiyə-Azərbaycan dostluğundan yox, Türkiyə-Ermənistan dostluğundan danışmaq lazımdır.
Qardaş deyir ki, 2009-cu ildə elə Tayyip Ərdoğan iqtidarda idi. Yəni o, buna imkan verməsydi belə şeylər olmazdı. Düzmü deyir? Düz deyir? Bəs əyri olan nədir? Hə, bax o məqamı kənara qoysaq məsələnin mahiyyətin anlamaq çətin olacaq...
Bəli, Azərbaycana qarşı belə şərəfsiz hərəkət məhz Tayyib Ərdoğanın Türkiyəyə rəhbər olduğu dönəmdə baş verib. Ancaq 44 günlük müharibədə Ərdoğanın qətiyyətli mövqeyi Azərbaycana erməni işğalı altında olan torpaqları geri almağa imkan verdi...
Bu ziddiyyət nədən doğur? Deyim. O vaxt? yəni 2009-cu ildə AKP ilə MHP müttəfiq deyildi. AKP daha çox İslam Dünyasının maraqlarından çıxış edirdi. “Müsəlman Qaradşları”ndan gələn ideologiyanı rəhbər tuturdu. Ona görə də Azərbaycan, eləcə də digər türk dövlətləri cənab Ərdoğan üçün elə bir maraq kəsb etmirdi. Sonra, yəni 2015-ci ildən etibarən Dövlət Baxçalı Tayyib Ərdoğana açıq dəstək verməyə başladı. Bu dəstək özü ilə yeni bir düşüncə gətirdi. Bir vaxtlar kürdlərin səsini alamaq üçün “türk” sözündən belə imtina etməyə hazır görünən Tayyib Ərdoğan getdikcə türk millətçisinə çevrildi. Ən azı belə bir görüntü yaratdı.
Məlumat üçün deyim ki, o, etnik baxımdan türk deyil. Ona görə mən yazıram ki, 44 günlük müharibədə Dövlət Baxçalının xidməti Tayyib Ərdoğandan çoxdur ki, az deyil. Yəni Dövlət Baxçalı olmasaydı, hər şey tamam başqa cür də ola bilərdi. Bilirsiz ki, cənab Ərdoğanı türk dünyasının maraqlarına söykənərək siyasət yeritməyə sayın Dövlət Baxçalı yönləndirdi.
Məlumat üçün deyim ki, o, etnik baxımdan türk deyil. Ona görə mən yazıram ki, 44 günlük müharibədə Dövlət Baxçalının xidməti Tayyib Ərdoğandan çoxdur ki, az deyil. Yəni Dövlət Baxçalı olmasaydı, hər şey tamam başqa cür də ola bilərdi. Bilirsiz ki, cənab Ərdoğanı türk dünyasının maraqlarına söykənərək siyasət yeritməyə sayın Dövlət Baxçalı yönləndirdi.
Bilməyənlər üçün deyim. Hələ uzaq 1988-1993-cü illərdə Türkiyədən gələn bozqurdlar Qarabağda döyüşürdülər...
Hər kəs bunu bilsin: Türkiyədə Azərbaycana, eləcə də Türk Dünyasına ən sadiq siyasi qüvvə MHP-dir. Digər partiyalarda öndə gələn amerikan cocuqları üçün Azərbaycan və Türk Dünyası elə bir önəm daşımır. Həqiqət budur. Mən başa düşürəm ki, bu, zəhər kimi acı həqiqətdir. Mən də arzu edərdim ki, Türkiyədəki bütün siyasi qüvvələr Azərbaycan və Türk Dünyasına bağlı olsun. Təəssüf ki, arzu başqa, reallıq isə tamam başqa şeydir...
O gün bir qardaş deyir ki, əşi, nə Ərdoğan, Ərdoğan kimdir, mən əlimə silah götürüb erməni ilə vuruşmuşam. Ermənini qarabağdan mən qovmuşam...
2016-cı ilin Aprel döyüşləri yadınızdadırmı? Azərbaycan o vaxt da Qarabağdan erməniləri qova bilərdi. Ancaq Rusiya buna imkan vermədi. 4 gündən sonra atəşkəs elan olundu. 2020-ci ildə isə Tayyib Ərdoğan Rusiya faktorunu neytralaşdırdı. Ona görə də Azərbaycan xalqı həmişə, yəni 100 il sonra da Ərdoğanı minnətdarlıq hissi ilə xatırlamalıdır. Ən doğrusu isə olardı ki, Ərdoğanla yanaşı, sayın Dövlət Baxçalının da adını çəkək.
Ümumiyyətlə, Azərbaycanda Dövlət Baxçalıya qarşı çox haqsılıq olub. Yadınızdadırmı, sayın Dövlət Baxçalı Şuşada bozqurdlardan yadigar kimi bir məktəb tikdirmək istədi. Vəsait də toplamışdılar. Bizim iqtidar şəbeh çıxardı, buna imkan vermədi. Mənim baxışıma görə, bu, son dərəcə yaramaz bir hərəkət idi. Azərbaycan üçün bu qədər möhtəşəm işlər görmüş Dövlət bəyə “yox” demək böyük hörmətsizlik idi? Bizim iqtidar çox ayıb bir iş gördü...
Bəziləri mənə deyir ki, seçkilər Türkiyədə keçirilir. Azərbaycanın o prosesə təsir imkanı yoxdur. Bu da yanlış fikirdir. Ən azı ona görə ki, Türkiyədə 5-7 milyon civarında azərbaycanlı yaşayır. O da maraqlıdır ki, onlar etnik kimliklərinə son dərəcə bağlı insanlardır...
Yada salıram, “opendemocracy.net” saytı belə yazmışdı: “CHP-nin qələbəsində HDP-nin dəstəyinin həlledici olduğunu vurğulamaq lazımdır. Onların dəstəyi ilk növbədə CHP-nin qələbəsini mümkün etdi, çünki HDP CHP namizədlərinin seçkilərdə qalib gəlməsinə kömək etmək üçün Qərbi Türkiyənin böyük şəhərlərində öz namizədlərini irəli sürmədi. Partiya rəhbərliyi CHP-nin namizədlərinin seçilməsinə çağırış etdi. Bu, Əkrəm İmamoğlunun da İstanbulda bir çox kürd seçicinin səsini almasını səbəb oldu. İmamoğlunun aldığı təxminən 4,6 milyon səsin 911 mini HDP-nin səsi idi”.
Görürsünüzmü, Əkrəm İmamoğlunun seçilməsində HDP-nin həmin o 911 min səsi həlledici rol oynayıb. Nədən Türkiyədə yaşayan azərbaycanlılar seçkilərdə mütəşəkkil şəkildə iştirak edib seçkinin nəticəsinə təsir göstərməsinlər?
ABŞ-da əhalinin yalnız 2 faizə qədəri yəhudidir. Ancaq Amerika faktiki yəhudilərin inhisarındadır.
Biz də təşkilatlanmağı bacarmalıyıq. Bunun üçün isə intellektual olmalıyıq.
Burnumuzun ucundan uzağı görməsək itirə-itirə gedəcəyik...