Yazar

Bakı, Brüssel, Vaşinqton İrəvan-Moskva cütlüyünə qarşı

Bakı, Brüssel, Vaşinqton İrəvan-Moskva cütlüyünə qarşı
3Mart 202312:34

Elbəyi Həsənli

Rusiya bütün gücü ilə Azərbaycanın Laçın yolunu nəzarətə götürməsinə qarşı çıxır. Niyəsi də bəllidir. Bu yola Azərbaycanın da nəzarət etməsi Rusiyanın Qarabağda mövqelərinin daha da zəifləməsi deməkdir. Ona görə də Rusiya bu yola tək nəzarət etmək istəyir. Bu, Rusiyaya həm Azərbaycana, həm də Ermənistana təzyiq imkanları verir. Ona görə də Rusiya bu yolda texniki vasitələr quraşdırmasına razılıq verməklə narazı Azərbaycanı başından eləməyə çalışır. Rəsmi Bakının məqsədi daha çox Qarabağ üzərində öz suverenliyini möhkəmləndirməkdən ibarətdir.

“Texniki vasitələr” bu baxımdan yararsız görünür...

Bu məsələdə Rusiya ilə Ermənistanın maraqları üst-üstə düşür. Ermənistan da, Qarabağ  erməniləri də bu yola Azərbaycanın yox, təkcə Rusiyanın nəzarət etməsində maraqlıdır...

Bəs bu məsələyə Qərbin münasibəti necədir? Qərb bu məsələdə Azərbaycanın yanındadır. Bakı, Brüssel və Vaşinqton Azərbaycan və Ermənistanın dəqiq sərhədlərinin müəyyən edilməsində israr edir. Ermənistan və Rusiya bu məsələdə də eyni mövqedədir. Yəni Bakı, Brüssel və Vaşinqtonun dəqiq sərhədlərin müəyyən olunmasına qarşı çıxır.

Rəsmi Bakı Laçın yoluna nəzarət və sərhədlərin dəqiqləşməsi məsələsində istədiyini əldə etmək üçün Qərb vasitəçilərinə arxalanır. Çünki bu məsələdə mövqe eyniliyi var. Hər iki məsələdə İrəvanın Vaşinqton və Brüssel müstəvisində uğur qazanması çox çətindir...

Şübhəsiz ki, Qərb-Rusiya qarşıdurması Cənubi Qafqazda da özünü aşkar şəkildə göstərir. Biz Azərbaycan olaraq bu ziddiyyətlərdən məharətlə yararlanmağı bacarmalıyıq...

Bəllidir ki, demokratik seçki yolu ilə iqtidara gələn Nikol Paşinyan bir çox məsələlərdə Qərbin yox, məhz Rusiya və İranın yanında yer alır. Çünki mövcud reallıqlar Ermənistana başqa seçim etməyə imkan vermir. Azərbaycandakı demokratiyadan uzaq olan avtoritar rejim isə daha çox Qərbə meyllidir. Çünki əksər məsələlərdə Azərbaycanla Qərbin maraqları üst-üstə düşür. Xüsusən, Qərbin qaz bazarında çəkisi sürətlə artan Azərbaycan Brüssel və Vaşinqton üçün vaz keçilməz tərəfdaşa çevrilir. Müvafiq olaraq Azərbaycan Ukrayna bataqlığında can verən Rusiyadan uzaqlaşır. Əlbəttə, Azərbaycan Rusiyadan nə qədər uzaq olsa, bir o qədər yaxşıdır. Ancaq hal-hazırda Rusiya nə qədər zəifləsə də, Cənubi Qafqazda real söz sahibi olaraq qalır. Ona görə də Azərbaycan rəhbərliyi Rusiya faktorun nəzərə almaq zorundadır.

P.S. Kimsə deyə bilər ki, İrəvan Moskvanı Cənubi Qafqazda nüfuzdan salmaq üçün bir sıra mühüm addımlar atıb və atmaqdadır. Bu, doğrudur. Ancaq Laçın yoluna nəzarət və Ermənistan-Azərbaycan sərhədlərinin dəqiqləşməsi məsələsində rəsmi İrəvan və Moskva oxşar maraqlara sahibdir. Məsələn, rəsmi İrəvan Qarabağdakı Rusiya “sülhməramlı”larının xidmət müddətinin sonsuzluğa qədər uzadılmasında maraqlıdır. Rusiya da bunu arzulayır. Ancaq bu, Bakı, Brüssel və Vaşinqtonun (+Ankara) maraqlarına kəskin şəkildə ziddir... 

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs