Yazar

Azərbaycan hökmən “Türkiyənin daxili işi”nə qarışmalıdır...

Azərbaycan hökmən “Türkiyənin daxili işi”nə qarışmalıdır...
7Mart 202320:31

Elbəyi Həsənli

Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkisi Azərbaycanda əhalinin böyük əksəriyyətinin diqqət mərkəzindədir. Fərqli arqumentlərə söykənən insanlar arasında həm müxalifətə, həm də iqtidara qələbə arzu edənlər var. Bu, təbiidir...

“Prezident seçkisi Türkiyənin daxili işidir”,- deyənləri isə heç cür başa düşə bilmirəm. Bəli, fakt budur ki, Türkiyə və Azərbaycan müstəqil ölkələrdir. Unutmayaq ki, söhbət Azərbaycanın taleyini dəyişə biləcək seçkidən gedir.

Bir düşünün. “Qarabağ savaşı Azərbaycanın daxili işidir”, - deyibən Türkiyə yaxasını kənara çəksəydi nə baş verərdi? Geosiyasi vəziyyət elədir ki, Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın maraqlarını nəzərə almaq zorundadır. Mən əminəm ki, Türkiyə və Azərbaycan düşmənlərimizin arzuladığı kimi bir-birinə arxa çevirsə, bundan Türkiyə də, Azərbaycan da uduzacaq. Bütövlükdə Türk Dünyası sarsılacaq...

Türkiyə üçün Azərbaycanın, Azərbaycan üçün isə Türkiyənin “daxili işi” nisbi xarakter daşımalıdır. Xüsusən strateji məsələlərdə Türkiyə və Azərbaycan, bütövlükdə isə Türk Dünyası eyni mövqedən çıxış etməyi bacarmalıdır. Belə olmasa, biz imperialist ölkələrin siyasi və iqtisadi asılılığından qurtula bilməyəcəyik. Türkiyə və Azərbaycanın bölünməsi, federallaşması... kimi planlara işə düşəcək. Düşmənə belə fürsət vermək olmaz...

Bəziləri elə düşünür ki, Türkiyədə Kamal Qılıncdaroğlu iqtidara gəlsə, Ərdoğan dönəmində Qərblə Türkiyə arasında yaranmış ziddiyyətlər həmən aradan qalxacaq. Bu, ilğım aldanışı kimi bir şeydir.

Tutaq ki, Ərdoğan bəzilərinin iddia etdiyi kimi diktatordur, seçkiləri də saxtalaşdırır. Yaxşı, bəs Ərdoğana qədər Türkiyədə iqtidarlar az qala hər il, özü də seçkilər yolu ilə dəyişirdi. Ancaq demokratik Türkiyəni Avropa Birliyi öz sıralarına qəbul etmirdi. Min dənə Kamal Qılıncdaroğlu gələ. Türkiyə Avropa Birliyinə qəbul olunmayacaq. Çünki Qərb Türkiyənin güclənməsini yox, zəifləməsini və parçalanmasını istəyir. İstəyir ki, Türkiyə oyuncaq bir ölkə olsun. Niyə Qərb Türkiyəyə qarşı bu qədər qəddardır? Çünki Türkiyənin Osmanlı keçmişi var. Və bu keçmişin əzəmətinə qaydış arzularını Qərb beşikdəcə öldürmək, öz gələcəyinə təhlükəni aradan qaldırmaq düşüncəsindədir...

Başqa bir məqam da var: Fransa, Almaniya, ABŞ demokratik ölkələrdir. Ancaq bir-birlərini qırırlar. Özü də indi yox. Tramp dönəmində də belə idi, Bayden dönəmində də belədir. Çünki ölkələrin dövlət maraqları arasında ziddiyyət yaranan kimi ara qarışır, məzhəb itir...

Mən əminəm ki, Türkiyənin də, Azərbaycanın da gələcəyi Türk Dünyasının birliyinə bağlıdır. Bu birlik olmasa, tikə-parça olan Türk dövlətlərini və xalqlarını dünyanın güc mərkəzləri vəhşi bir ehtirasla istismar edəcəklər. Bu dünya yaranışdan belədir. Yəni xilasımız birlikdədir...

Onu da xatırladım ki, Türkiyədə 5-7 milyon arası azərbaycanlı yaşayır. Onlar etnik kimliyə son dərəcə bağlı insanlardır...

Sirr deyil ki, “Altılı masa” ən azı “Yeddili masa”dır. Xalkların Demokratik Partisi (HDP) də bu sırada qeyri-rəsmi şəkildə yer alır. Niyə bunu rəsmiləşdirmirlər? Çünki əks effekt yarada bilər...

Qərb mətbuatı da dəfələrlə yazıb ki, CHP İstanbul, Ankara və İzmirdə məhz HDP-li seçicilərin dəstəyi ilə 2019-cu ildə keçirilmiş bələdiyyə seçkilərində qələbə çalıb. Yəni kürd azlığın dəstəyi həlledici olub.

Bu baxımdan Türkiyədəki azərbaycanlılar da ortadakı balansı dəyişmək gücündədir. Bu faktoru nəzərə almaq lazımdır...

Mən əminəm ki, Azərbaycan Türkiyədəki seçkiləri müşahidəçi qismində seyr etməyəcək. Etməyə heç haqqı da yoxdur. Söhbət təkcə Türkiyənin yox, həm də Azərbaycanın gələcəyindən gedir...

Daha bir məqam: CHP 1923-cü ildə Mustafa Kamal Atatürk tərəfindən yaradılıb. Atatürkün Azərbaycan sevgisi dillər əzbəridir. Bir faktı deyim: Atatürk kasıb Türkiyənin məhdud imkanlarına baxmayaraq xeyli pul-para verərək İranla Türkiyə arasında ərazi mübadiləsi edib və Türkiyə ilə Naxçıvan arasında sərhədin yaranmasına nail olub. Belə bir kişinin partiyasına biz Azərbaycan olaraq niyə inanmayaq ki? Məsələ ondadır ki, CHP mövcud olduğu illər ərazində siyasi ideologiyasını dəfələrlə dəyişib. Öncə onlar kamalizm yolunu gedirdi, sonra onlar sosial-demokratiya düşüncəsinə söykəndilər. Avropa Birliyinə xatir mərkəzçi pro-europeanism (Avropaya meyllik və ya Avropapərəstlik) ideologiyasına baş vurdular. LGBT Kamal Qılıncdaroğlu tərəfindən müdafiə olunur...

Yeri gəlmişkən, partiyanın siyasi ideologiyasını dəyişməsi Azərbaycanda da müşahidə olunur. Məsələn, Əbülfəz bəyin dönəmində AXC müsavat ideologiyasına söykənirdi. Elçibəy özünü fəxrlə müsavatçı adlandırırdı. Hal-hazırda isə AXCP İranın nəzarətində olan Müsəlman Birliyi Hərəkatı ilə rəsmən müttəfiqdir. AXCP Qərb demokratiyasına sədaqətdən söhbət açır, Müsəlman Birliyi Hərəkatı isə İrandakı idbar molla rejiminin oxşarını Azərbaycanda yaratmaq istəyir. Bu təşkilatlar hansı məntiqlə müttəfiq ola bilər? Absurdur. Digər tərəfdən də AXCP etnik separatizmə meylli qruplarla da iç-içə olmaqdan çəkinmir. Yəni CHP-nin Türkiyədə etdiyini AXCP də Azərbaycanda edir...

Bu transformasiyalar mahiyyəti dəyişir. Ona görə də şəxsən mən Atatürkü çox sevirəm, Elçibəyə də ehtiram göstərərəm, ancaq CHP və AXCP ilə bağlı ciddi şübhələrim var. Əminəm ki, belə həssas məsələlərə barmaqarası baxmaq olmaz...

Müəllifin digər yazıları

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri ar

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaal “foreignaffairs.com” saytında əhatəli bir məqalə ilə çıxış edib. "Putin’s Hidden Game in the South Caucasus. Azerbaijan’s Rise, Georgia’s Drift, and Russia’s Quest for a Gateway to Iran and the Mi

Bəşər Əsəd İranı kürəyindən vurdu

Bəşər Əsəd İranı kürəyindən vurdu

Tanınmış politoloq Elxan Şahinoğlu yazır ki, Çinin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Pekinə etiraz notası verilib. İki ölkə arasında 400 milyard dollarlıq uzun müddətli yatırım sazişi var. Buna baxmayaraq, Pekin Tehranın regional siyasətinə önəm vermir. Belə ki, “Çi