Yazar

Kemal Kılıçdaroğlu prezident olsa...

Kemal Kılıçdaroğlu prezident olsa...
17Mart 202313:34

Elbəyi Həsənli

Ünal Çeviközü (1952) biz daha çox Türkiyənin Azərbaycandakı keçmiş səfiri kimi tanıyırıq. Ancaq o, Bağdad və Londonda da səfir kimi fəaliyyət göstərib. Hazırda isə o, “Altılı masa”nın prezident seçkisində vahid lideri Kemal Kılıçdaroğlunun xarici məsələlər üzrə məsləhətçisi qismində çıxış edir.

Xatırladım ki, o, 2018-ci ildə keçirilən seçkilərdə CHP-dən millət vəkili (İstanbul) seçilib. Ancaq 2020-ci ildə CHP-nin məçlisinə keçirilən seçkilərdə uğursuzluğa düçar olub. Elə bu səbəbdən də “Genel başkan yardımcısı” statusunu itirib. CHP rəhbərliyi vəziyyətdən çıxmaq üçün onu "Dış ilişkilerden sorumlu Genel başkan başdanışmanı" elan edib...

Bir detalı da deyim, maraqlı olar. 20 yanvar 2018-ci ildə keçirilən konqresdə o, “Qalatasaray” İdman Klubunun İdarə Heyətinin üzvü seçilib, daha sonra “Qalatasaray” İdman Klubunun vitse-prezidenti vəzifəsinə təyin edilib və 5 fevral 2018-ci il tarixinədək bu vəzifəsini davam etdirib. O, siyasətə gəldikdən sonra vəzifəsindən istefa verib...

Ünal Çeviköz həm də “Maalesef Türkiye, Azerbaycana silah verdi” və “Türkiye Azerbaycana cihatçı gönderiyor” kimi fikirləri səsləndirmiş adamdır. Təbii ki, ermənilərin və erməni yanlılarının səsləndirdiyi fikri birə-bir təkrar edən Ünal Çeviközün bu açıqlaması Azərbaycanda da, elə Türkiyədə də nifrətlə qarşılandı. İş o yerə çatdı ki, cənab Çeviköz belə bir açıqlama verməli oldu: “O, Ermenistan ve Azerbaycan arasındaki çatışma ile ilgili ifadelerinin çarpıtıldığını ve kendisine karşı "karalama kampanyası" başlatıldığını öne sürdü. Çeviköz, "Asıl üzücü olan, bu kampanya ile benim ve partimin Azerbaycan’ın yanında olmadığımız şeklinde yaratılan algıdır" dedi”. Bu çıxışa görə onun istefasını tələb etdilər. O da vurğulandı ki, ermənilər və Fransa prezidenti onun bu çıxışından anti-Azərbaycan təbliğatı üçün yararlandı.

Həmin çıxışın video-çarxı hələ də Youtube-də dolanır. Mən də həmin məqamı əks etdirən görüntüləri yazının altında təqdim edirəm...

“Politico.eu” qeyd edir ki, Ünal Çeviköz bildirib ki, Kemal Kılıçdaroğlu prezident seçilsə, HDP başqanı Selahattin Demirtaş və insan haqları müdafiəçisi Osman Kavala həbsdən azad olunacaq. İsveç və Finlandiyanın NATO-ya daxil olmasına Türkiyə dərhal yaşıl işıq yandıracaq.

Qəzet soruşur ki, Türkiyənin Avropa İttifaqına üzvlüyünə ənənəvi olaraq düşmən münasibət bəsləyən Fransa və Avstriya (Almaniya da bu sırada öndə gəlir) buna imkan vermir. Bu suala cavab verən Çeviköz Ərdoğanın Avropa ilə yaratdığı qarşıdurmanın altından xətt çəkmək üçün diplomatik prosesin bərpa olunmasının vacibliyini vurğulayıb: “Bu, Türkiyənin Avropa İttifaqına dərhal üzv olacağı anlamına gəlmir, lakin bu, proses məsələsidir və önəmli olan da prosesdir. Çünki biz istəyirik ki, ölkəmiz sivil dövlətlər birliyinin üzvü kimi demokratik ölkəyə çevrilsin”.

Sayt yazır ki, Çeviköz əlavə edib ki, Kılıçdaroğlunun rəhbərliyi altında Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirməyə və Qara dəniz taxıl müqaviləsini uzatmağa hazır olacaq: “Hazırda Türkiyə ilə Rusiya arasında münasibətlər kifayət qədər asimmetrikdir, çünki Türkiyə Rusiyadan enerji idxalından çox asılıdır. Biz sadəcə olaraq Türkiyənin NATO-nun üzvü olduğunu vurğulayacağıq və Rusiya ilə müzakirələrimizdə, əlbəttə ki, bərabərhüquqlu dövlətlər arasında münasibətlər axtaracağıq, ancaq Rusiyaya Türkiyənin NATO-nun üzvü olduğunu xatırladacağıq”.

Gördüyünüz kimi, hətta Kılıçdaroğlu da Türkiyə-Rusiya münasibətlərindən imtina etmək gücündə deyil...

https://www.politico.eu/article/turkey-anti-recep-tayyip-erdogan-opposition-reset-eu-nato/?fbclid=IwAR1hoCBQrlWuLXsXCWYmY6C-RrWiLkOUln78GgCpXVr-mTMh7mlosks7qL4 

CHP'li vekil tartışma yaratan sözlerini nasıl açıkladı (odatv4.com)

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs