Yazar

İranın Turan dərdi

İranın Turan dərdi
29Mart 202311:16

Elbəyi Həsənli

İran Cənubu Qafqazda nə ABŞ-ı, nə də Avropa İttifaqını görmək istəmirdi. Dünənə kimi bu, belə idi. İndi isə vəziyyət xeyli dəyişib.

İran Avropa İttifaqının Ermənistana göndərdiyi missiyaya dözümlü yanaşır. Niyə? Çünki İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Və ümid edir ki, Avropa İttifaqının Ermənistana göndərdiyi missiya rəsmi İrəvanın Zəngəzur dəhlizinə daha ciddi şəkildə dirəniş göstərməsinə imkan yaradacaq. Digər tərəfdən də Azxərbaycanı hərbi yolla Zəngəzuru ələ keçirtməkdən çəkindirəcək...

Diqqət edin, Rusiya və Azərbaycan Avropa İttifaqının Ermənistana göndərdiyi missiyaya etiraz edir. İran və Ermənistan bunu dəstəkləyir. Rusiya və Azərbaycan Zəngəzur dəhlizinin açılmasını istəyir, Ermənistan və İran isə Zəngəzur dəhlizinə qarşı eyni cəbhədə yer alır.

Təbii ki, heç də həmişə belə olmur. Məsələn, Rusiya qoşunlarının Qarabağdan çıxarılmassına Rusiya, İran və Ermənistan qarşı çıxır. ABŞ, Avropa İttifaqı və Azərbaycan isə bu məsələdə yekdil mövqedədir...

Fevralın 7-də İranın Ermənistandakı səfiri Abbas Badakhshan Zohour belə bir bəyanat vermişdi:

“Ermənistan və İran qonşudur və qonşu olaraq da qalacaqlar. Təbii ki, biz hansısa hiylə görürük, qondarma dəhlizdən, hansısa hərəkətlərdən danışırlar, amma İran və Ermənistan belə dəhlizin yaradılmasına imkan verməyəcək”.

İran nədən Zəngəzur dəhlizinə qarşıdır? Xatırladım ki, bu dəhlizin digər adı “Turan Qapısı”dır. Və bu ad İranın narahatlığının səbəbini çılpaqlığı ilə ortaya qoyur. Fars şovinizmi yaxşı başa düşür ki, türkləri birləşdirən dəhliz İranın parçalanması deməkdir. Molla rejimi bunun qarşısını almaq üçün aşırı çaba göstərir. Ancaq bu tarixi prosesin qarşısını almaq mümkünsüz görünür... 

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs