Yazar

ABŞ Azərbaycanı cəzalandırsa...

ABŞ Azərbaycanı cəzalandırsa...
30Mart 202321:43

Elbəyi Həsənli

ABŞ-ın nüfuzlu saytlarından olan “newsweek.com” saytı “We Have the Right Tool to Pressure Azerbaijan Over Nagorno-Karabakh” (Dağlıq Qarabağa görə Azərbaycana təzyiq etmək üçün gərəkən alətimiz var) adlı məqalədə Sam Brownback və Peter Burns iddia edir ki, 2020-ci ildə Dağlıq Qarabağ uğrunda müharibədən sonra bəlli oldu ki, Azərbaycan orada yaşayan 120 min yerli etnik ermənini köçürmək və Artsax adlanan bölgəni yenidən fəth etmək istəyir: “Azərbaycandan etnik ermənilərin qovulması təzə söhbət deyil. I Dağlıq Qarabağ müharibəsi ərəfəsində ermənilər Azərbaycanın qalan hissəsindən qovulmuş, eyni vaxtda Ermənistanda yaşayan azərbaycanlılar da eyni aqibətlə üzləşmişlər”...

Məqalənin bu hissəsi xüsusi maraq doğurur: “Ermənistan və Azərbaycan İran və Rusiyanın qovşağında strateji bir yerdə yerləşir, ona görə də bu münaqişənin qənaətbəxş həllini təmin etmək ABŞ-ın milli təhlükəsizlik marağındadır. Kökü kəsilmək təhlükəsi ilə üzləşən dini azlıqların müdafiəsini təmin etməyimiz həm də dini azadlığı təşviq etmək üzrə milli öhdəliyimizə uyğundur”.

Yaxşı, ABŞ bu problemi necə həll etməlidir? Məqalədə deyirli: “Şükürlər olsun ki, ABŞ-ın həm Ermənistan, həm də Azərbaycanla güclü əlaqələri var və bizim 907-ci düzəliş (1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir) üzərindən Azərbaycana təcavüzkar davranışını dayandırması üçün təzyiq etmək üçün imkanımız var. Bu düzəlişin bərpası prezidentə ABŞ-ın Azərbaycana yardımından imtina etməyə imkan verərdi. Bu, həm də ABŞ-a Ermənistanı Rusiya və İranla münasibətlərinə yenidən baxmağa çağırmaq imkanı yaradardı”.

Məncə, müəlliflər söhbətin mahiyyəti barədə səthi bilgilərə sahibdirlər. Aydındır ki, belə primitiv yanaşama ilə bu iş düzəlməz.

Məqalədə o da deyilir ki, Stalin Dağlıq Qarabağı Azərbaycana ona görə verib ki, həm Ermənistanı, həm də Azərbaycanı zəiflətsin və hər iki ölkənin SSRİ-də qalmasını təmin etsin...

Əlbəttə, bu, ermənilərin uydurmasıdır və ortada olan tarixi sənədlər tamam başqa şeylər deyir...

Təbii ki, məqalədə Laçın yolunun bağlanması, Beynəlxalq Məhkəmənin qərarı və bu kimi məsələlərə də diqqət yetirilib.

Ən pisi olanı odur ki, müəlliflər problemi həll etmək üçün Azərbaycanı cəzalandırmağa çağırırlar. Ümumiyyətlə, Qərb mətbuatında bu tendensiya aparıcı xarakter daşıyır. Heç bir yerdə görmədim ki, Qərb analitikləri bu problemə görə erməni separatizmini ittiham etsinlər. Əksinə, bu və ya digər bəhanələrlə erməni separatizmini müdafiə edirlər.

Məntiqlə Qərb Qarabağ ermənilərinə birmənalı şəkildə deməlidir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Qarabağ erməniləri də Azərbaycanda yaşayan digər xalqlar kimi yerli qanunlar və qaydalar əsasında yaşamalıdır. Azərbaycan cəmiyyətinə inteqrasiya olmaq gərəkir. Qərb Qarabağ ermənilərinə belə şey demir. Əksinə, onları separatizmə ruhlandırmaq üçün ikibaşlı bəyanatlar səsləndirlər. Məsələn, Almaniya və Fransa kimi.

Eyni mövqeyi biz Rusiya və İrandan da görürük. Aydındır ki, bütün bu ölkələr Azərbaycanı təzyiq altında saxlamaq üçün erməni separatizmindən istifadə edirlər. Türkiyədə də belədir. Qərb Türkiyə dövlətinə təzyiq göstərmək üçün az qala yarım əsrdir ki, kürd kartından istifadə edir...

Əlbəttə, ABŞ-ın xarici siyasəti belə yazılarla müəyyənləşmir. İndiki məqamda Azərbaycan ABŞ üçün vaz keçilməsi mümkünsüz görünən bir tərəfdir. İran probleminin açıq qaldığı bir vaxtda ABŞ Azərbaycana qarşı cəza xarakterli hər hansı bir addım atmaz. Əksinə, ABŞ-ın strateji maraqları Azərbaycanın daha da güclənməsini tələb edir...

Müəllifin digər yazıları

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri ar

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaal “foreignaffairs.com” saytında əhatəli bir məqalə ilə çıxış edib. "Putin’s Hidden Game in the South Caucasus. Azerbaijan’s Rise, Georgia’s Drift, and Russia’s Quest for a Gateway to Iran and the Mi

Bəşər Əsəd İranı kürəyindən vurdu

Bəşər Əsəd İranı kürəyindən vurdu

Tanınmış politoloq Elxan Şahinoğlu yazır ki, Çinin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Pekinə etiraz notası verilib. İki ölkə arasında 400 milyard dollarlıq uzun müddətli yatırım sazişi var. Buna baxmayaraq, Pekin Tehranın regional siyasətinə önəm vermir. Belə ki, “Çi