Yazar

Zəlzələ Ərdoğanı bitirəcəkmi?..

Zəlzələ Ərdoğanı bitirəcəkmi?..
5Aprel 202312:35

Elbəyi Həsənli

Türkiyədə baş verən ikiqat zəlzələ fəlakəti xalqa “kollektiv travma yaşatdı və heç şübhəsiz ki, bu, mayın 14-də keçiriləcək seçkilərin nəticəsinə açıq şəkildə təsir göstərəcək”.

Avropa siyasəti professoru və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin Avropa İnstitutunun müasir türkşünaslıq kafedrasının müdiri Yaprak Gürsoy “Chatham House”un “The World Today” jurnalı üçün qələmə aldığı təhlil məqaləsində belə yazır.

Gürsoy qeyd edir ki, Türkiyədə zəlzələlərdən zərər çəkmiş bölgədə (Suriyanın şimalına da təsir etmiş) 15 milyondan çox insan yaşayır. Bu da ölkə əhalisinin təxminən 18%-ni təşkil edir, onlardan 2,7 milyonu hazırda evsizdir.

“Türkiyədə və onun hüdudlarından kənarda milyonlarla insan öz qohumları və dostları vasitəsilə bu faciənin şahidi oldu. Ölkənin yerdə qalan böyük hissəsinin də zəlzələ ehtimalı yüksək olan qatlar üzərində olması qorxu, qəzəb və ümidsizliyə səbəb olub”, - deyə Gürsoy qeyd edir.

Zəlzələ fəlakətinin böyük miqyasını xatırladan, ölənlərin sayının 50 mindən çox olması və Türkiyəyə dəyən maddi zərərin 100 milyard dolları keçməsini vurğulayan müəllif Jenny Edkinsin “Trauma and the Memory of Politics” kitabından bir parçaya istinad edir. “Travma dediyimiz şey o zaman baş verir ki, bizi qoruyacağına və təhlükəsizliyimizi təmin edəcəyinə əmin olduğumuz güclər bizə işgəncə verənlər çevrilir”.

Qeyd edək ki, zəlzələnin Türkiyədəki seçkinin nəticəsinə həlledici təsiri barədə ilk olaraq “Cümhuriyət” qəzetinin baş redaktoru olmuş Can Dündar (1961) yazmışdı. Xatırladım ki, o hazırda Almaniyada siyasi mühacir qismində yaşayır. AKP iqtidarına qarşı radikal müxalifətdə olan araşdırmaçı jurnalist kimi tanınır. O, Atatürkü pislədiyinə görə hələ 2008-ci ildə ciddi tənqidlərə məruz qalmışdı.

Can Dündarın irəli sürdüyü tezis beynəlxalq səviyyədə geniş rezonans doğurdu: “Ərdoğan zəlzələ üzərindən hakimiyyətə gəldi, elə zəlzələ üzərindən də iqtidardan gedəcək”.
Cənab Dindarın iddiasına görə, 2001-ci ildə yaranan AKP 1999-cu ildə baş verən İzmit zəlzələsindən doğan narazılıqdan dolayı iqtidara gəlib...

Azərbaycanda da Ərdoğana "Şərdoğan" deməklə xoşbəxt olan zehniyyət bu fikirdən dördəlli yapışıb. Elə Yaprak Gürsoy da bu fikri bölüşür. Ancaq o, məsələyə daha praqmatik yanaşdığına görə fərqli nəticənin olmaq ehtimalını da istisna etmir. Söhbət nədən gedir?



Dünya tarixində böyük faciələrin siyasi proseslərə təsiri ilə bağlı ciddi nümunələr var. Biz dünya demokratiyasının avanqardı olan ABŞ-ın tarixindəki bu kimi hallara nəzər salacağıq.

Gəlin, ABŞ-ın 31-ci prezidenti Herbert Klark Huverdən (1929-1933) başlayaq.

Keçmiş ticarət katibi olan Herbert Huver əvvəlki onilliyin iqtisadi nailiyyətlərini davam etdirəcəyi vədi ona 1928-ci ildə prezident seçkilərində qalib gəlməyə kömək etdi. Onun partiyasının vədi - "hər qazana bir toyuq və hər həyətdə bir maşın" – Amerika cəmiyyətində oturuşmuş optimizmi daha da gücləndirdi. Amerikada iqtisadiyyatın daha da çiçəklənəcəyinə nikbin münasibət aşırı həddə çatdı.

Cənab Huver ofisə daxil olduqdan dərhal sonra birjanın çökməsi Böyük Depressiyaya səbəb olanda hər şey dəyişdi. Huverin iqtisadi və maliyyə itkilərinin qarşısını ala bilmək bacarığının yetərli olmaması Amerikaya fəlakət yaşatdı. Onun imza atdığı Smoot-Hawley Tarif Aktı mühüm malların qiymətini qaldırdı və hökumətin bazarlara müdaxiləsinə icazə verilmədi. Bununla da iqtisadi proseslər nəzarətdən çıxdı.

Nəticədə Herbert Huver 1932-ci il seçkilərində Franklin D. Ruzveltə məğlub oldu. Böyük Depressiyaya Herbert Huveri bitirdi.

Başqa bir misala nəzər salaq. Bu dəfə tam fərqli mənzərəni görəcəyik. Herbert Huver Böyük Depressiyanın ucbatından xalq arasında nüfuzun itirmişdi. Amerikanın 41-ci prezidenti Corc Herbert Volker Buş (1989-1993) xalq arasında son dərəcə populyar idi. Bunun da ciddi səbəbləri vardı. Belə ki, məhz onun səyləri nəticəsində Amerikanın ən böyük xəyalı həyata keçmişdi. Ata Buş o boyda SSRİ-ni obrazlı desək torpağa tapşırmışdı. Başqa bir önəmli məqam: 2 avqust 1990-cı ildə İraq prezidenti Səddam Hüseynin (1979-2003) əmri ilə Küveytin işğalı başladı. Ancaq “Oyuncaq ölkə” adlandırdığı Küveyti Səddam Hüseyn işğal edə bilmədi. Amerika öz müttəfiqi Küveytin azad olunması üçün hərbi müdaxiləyə əl atdı...

Mərhum Heydər Əliyevlə birlikdə (Amerikada) balıq ovunda olmuş Ata Buşun o vaxt xalq arasında reytinqi göylərdə süzürdü. Amerikalıların 89 faizi ona rəğbət bəsləyirdi. Ancaq şöhrətin zirvəsində olan bu adam növbəti seçkidə gözlənilmədən Bill Klintona (1993-2001) məğlub oldu. 1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bill Klinton impiçment prosedura ilə üzləşdi. Ancaq o, prezident kürsüsünü qoruyub şaxlıya bildi. 2001-ci ildə Ağ Evi tərk edəndə isə o, xalq arasında Ata Buş qədər populyar idi.

Söhbət kütləvi travmanın doğurduğu fəlakətin siyasi proseslərə təsirindən gedirsə, mütləq və mütləq ABŞ-ın 43-cü prezidenti Corc Volker Buşu (2001-2009) da yada salmaq gərəkir. Niyə? Çünki onun zamanında Amerika xalqı ağlasığmaz travma yaşadı. Belə ki, Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktları dünyanı heyrətdə buraxdı. Bəşəriyyət şok yaşadı. Əkiz binadan ibarət olan Dünya Ticarət Mərkəzi və Pentaqon kimi strateji obyektlər vuruldu. Oğul Buş terrorla mübarizə adı altında Amerika qoşunlarını Əfqanıstan və İraqa yeritdi. İraq prezidenti Səddam Hüseynin Amerika hərbçilərinə əsir düşdü...

Cəmi bir neçə gün ərzində Corc Buş “War on Terror” əməliyyatına start verməsi 2004-cü ildə onun yenidən prezident seçilməsini təmin etdi. Halbuki, o, amerika xalqı arasında öz atasının qazandığı populyarlığın heç yarısına belə sahib deyildi...

Yəni xatırlatdığımız nümunələr də sübut edir ki, ölkəni silkələyən olaylar siyasi proseslərə ciddi təsir edir. Ancaq siyasi lider fəlakətin aradan qaldırılması üçün ortaya qətiyyətli mövqe qoyduqda bu, həmin siyasi liderə xalqın inamını yenidən qazandırır. Məsələn, oğul Buşun nümunəsində biz bunu aydın şəkildə görürük.

Tayyib Ərdoğan da zəlzələdən az sonra bəyan etdi ki, 1 il ərzində dağılmış binaların yerində yeni və zəlzələyə davamlı binalar ucalacaq. Cənab Ərdoğan Türkiyəyə rəhbərlik etdiyi illərdə tikinti sahəsində ciddi inkişaf qeydə alınıb. Məsələn, İstanbulda tikilmiş hava limanı, hava limanına metronun çəkilişi, İstanbulda salınmış möhtəşəm körpülər... fakt kimi ortadadır. Bu tikililərə xalq arasında da ciddi rəğbət var. Türk insanı yaxşı bilir ki, Tayyib Ərdoğan iqtidarı 1 ilə zəlzələnin ağır nəticələrini aradan qaldırmaq iqtidarındadır. AKP bu işin öhdəsindən hamıdan yaxşı gələ bilərlər. Bu kimi mülahizələrə söykənərək əminliklə demək olar ki, bu amil də seçki zamanı cənab Ərdoğanın əleyhinə yox, lehinə işləyəcək. Ən azı bu ehtimal çox yüksəkdir. Əlbəttə, son sözü əlahəzrət türk xalqı deyəcək. 14 may seçkisinə isə sayılı günlər qalıb...

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs