Yazar

Əfsanəni gerçəyə çevirən XÜSUSİ TƏYİNATLILAR

Əfsanəni gerçəyə çevirən XÜSUSİ TƏYİNATLILAR
30Aprel 202310:57

Əfqan Qafarlı

Azərbaycanın xüsusi təyinatlı əsgərlərini Türkiyə Ordusunun tünd qırmızı beretliləri (“Bordo berelilər”) ilə müqayisə edə bilərik.
Türkiyə Ordusunun xüsusi qüvvələri – “Bordo berelilər” necə PKK terrorçularının canına vəlvələ salıbsa, Azərbaycan xüsusi təyinatlıları da eləcə erməni hərbçilərin qorxulu röyasına çevrilib...

Biri Türkiyə Silahlı Qüvvələrinin göz bəbəyi, digəri Azərbaycan Ordusunun onurğa sütunudur.

Bir neçə il öncə Türk əsgərləri dağlardakı terrorçulara qarşı əməliyyat apararkən PKK-çıların gizləndiyi mağaranın divarında belə bir yazı aşkarlamışdılar:

”Əgər bir əsgər sizi gördüyü zaman durmadan atəş açırsa, bilin ki, o naşıdır, gülləsinin bitməsini gözləyin, bitdiyi zaman isə gedin kafasına sıxın.
Əgər bir əsgər sadəcə sizi gördüyü zaman atəş açırsa, siz gizləndiyiniz zaman isə atəşi dayandırırsa, o bir komandodur, qaçıb canınızı qurtarın.
Əgər bir əsgər sizi gördüyü zaman ortadan itirsə və ətrafa səssizlik çökürsə, bilin ki, o, “Bordo bereli”dir, nə edirsinizsə edin, mütləq sizi tapacaq!”.

2020-ci ildəki Vətən müharibəsi zamanı da Azərbaycan xüsusi təyinatlıları erməni işğalçılarının canına belə üşütmə salmışdılar.

Erməni hərbçilər öz aralarında “Yaşma” adlandırdıqları xüsusi təyinatlılarımız barədə gerçəklərlə yanaşı, əfsanələr də danışırdılar.

Bir 2 nəfər və mətn şəkili ola bilər
Məsələn, deyirdilər: “Onlar sanki ölüm mələydilər. 3-4 nəfərlə gəlib səngərdəki 20-30 erməni əsgərini öldürür, gəldikləri kimi də yoxa çıxırdılar. Gecələr ova çıxmış ac canavara bənzəyirdilər. Sanki insan deyildilər. Bəlkə də ya zombi, ya da robot idilər. Nəsə ölümsüz bir şeydilər. Öldürmək olmurdu, vurduqca yıxılır, yenidən qalxırdılar”.

Ermənilərin danışdıqları əfsanələr Şuşa döyüşü zamanı gerçəyə çevrildi. Xüsusi təyinatlılarımız dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Şuşa şəhərinə elə bir taktika ilə hücum etdilər ki, dünyada hələ belə savaş olmamışdı. Düşmən hələ də o döyüşü yada salanda vahimələnir, üşütməyə düşür. Sıldırım qayalıqlardan Şuşaya dırmaşan Azərbaycan xüsusi təyinatlılarının seçdiyi əlbəyaxa döyüş taktikası təkcə Ermənistana deyil, bütün dünyaya səs saldı...

Bu gün – 30 aprel tarixi general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin komandanlıq etdiyi Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasının 24 ili tamam olub.

Heç bir pafos olmadan əminliklə "Onlar bizim fəxrimizdir!" deyə bilərik.

Eşq olsun Xüsusi Təyinatlı Qüvvələrimizə!!!