Yazar

Amerika Bakı və Tiflisə atom bombası atır. Bəs, İrəvan?

Amerika Bakı və Tiflisə atom bombası atır. Bəs, İrəvan?
8İyun 202317:26

...II Dünya Müharibəsinin rəsmi başa çatmasından (2 sentyabr 1945-ci il) cəmi iki həftə sonra ABŞ-ın Müharibə Departamenti “Sovet İttifaqını xəritədən silmək” (66 şəhərə 204 atom bombası atmaqla) layihəsini (15 sentyabr 1945-ci il) gündəmə gətirdi. Plana əsasən, SSRİ-nin böyük və iqtisadi baxımdan strateji şəhərləri atom bombalarının yağışı altına düşəcəkdi. 66 şəhərin arasında Cənubi Qafqazın Bakı və Tiflis kimi şəhərləri də var. Hətta Batumi, Mahaçqala və Qroznı kimi şəhərlər də o siyahıda yer almışdı. Ancaq nə sirdirsə, Ermənistanın paytaxtı İrəvan SSRİ-nin bombalanması nəzərdə tutulan 66 şəhəri arşına düşməmişdi. Niyəsini özünüz bilirsiz. Elə deyilmi?...

Qərbin beyin mərkəzlərinə istinadən hazırlanmış bu yazı “Amerika Bakı və Tiflisə atom bombası atır. Bəs, İrəvan?” adlanır. Bu məqalə saytlar üçün nəzərdə tutulub. Siyasətlə maraqlanan şəxslərin oxuması tövsiyə olunur.

Amerika Bakı və Tiflisə atom bombası atır. Bəs, İrəvan?

Nüvə klubu: Rusiya+Çin+Şimali Koreya ittifaqı ABŞ+Fransa+Böyük Britaniya+Pakistan+Hindistan+İsrailə qarşı

15 sentyabr 1945-ci ildə ABŞ Müharibə Departamenti tərəfindən Sovet İttifaqına qarşı yönəlmiş nüvə hücumu planı təsdiq olundu. O vaxt ABŞ ilə Sovet İttifaqı rəsməm müttəfiq idi. Ancaq Amerikanın dünyada hegemon rol oynamaq ambisiyası getdikcə daha çox vüsət alırdı.

ABŞ-ın xarici siyasəti illüziya və paranoyya elementi ilə zəngindir. Qiyamət gününün gəlişinə hesablanmış ssenarisi 70 ildən artıqdır ki, rəsmən Pentaqonun gündəmindədir.

ABŞ-ın çoxsaylı nüvə müharibəsi planları Sovet İttifaqı, Şərqi Avropa və Çində 1200 şəhər ərazisini hədəf alıb. 1956-cı il Strateji Hava Komandanlığının nüvə zərbəsi ilə bağlı rəsmi sənədləri yalnız 2015-ci ilin dekabrında məxfilik statusun itirib və araşdırmalar üçün açıq elan olunub. Uzun müddət senzuranın obyekti olan sənədlər insanı dəhşətə gətirir.

Hal-hazırda nüvə silahından istifadə super-güclər arasında qaçılmaz olaraq hərbi eskalasiyaya və müvafiq olaraq bəşəriyyətin sonunu gətirə biləcək təhlükəni nişan verir.

Amerikanın nüvə zərbəsi planı nəinki Rusiyaya və ya Çinə qarşı, bütünlükdə bəşəriyyətə qarşı görünməmiş miqyasda soyqırım planlaşdırmaq deməkdir. Təəssüf ki, Pentaqon Amerikanın nüvə müharibəsində qalib gələ biləcəyinə sarsılmaz inam bəsləyən generallarla doludur.

ABŞ-ın artıq İtaliya, Almaniya, Belçika və Hollandiyada yerləşdirdiyi B61-12 nüvə bombasının sınaq atışlarında F-16 qırıcı təyyarəsindən istifadə olunub. Ehtimal ki, B61-12 bombaları da ABŞ tərəfindən Polşaya verilib: Polşanın F-16 qırıcıları 2014-cü ildən NATO-nun nüvə hücumu təlimlərində iştirak edir.

Moskva Siyasi-Hərbi Araşdırmalar Mərkəzinin baş eksperti Vladimir Kozin “Grandangolo TV” proqramına müsahibəsində bəyan edir ki, ABŞ-ın nüvə silahlarının Latviya, Litva və Estoniyada və Polşaya yerləşdirildiyinə dair dəqiq faktlara əsaslanan dərin şübhələr var. Ən azı Amerika həmin ölkələrə öz nüvə silahını sürətlə yerləşdirə bilər.

Əslində Rusiyanın Belarusa və Kalininqrada nüvə silahı yerləşdirmək istəyi bu təhlükəyə cavab xarakteri daşıyır. ABŞ+NATO ittifaqının Rusiyaya qarşı hərbi eskalasiyası Avropanı nüvə müharibəsinin astanasına gətirib çıxarıb. Qərbin siyasi-media kompleksi bütün bunlara susqunluqla pərdə çəkir ki, Avropa ictimai rəyi təşvişə düşüb bu təhlükəyə adekvat reaksiya verməsin.

ABŞ Müdafiə Nazirliyinin 2003-cü ildə təqdim etdiyi statistik məlumatlara görə, həmin il Avropada 100.000 Amerika əsgərinin mövcudluğu da daxil olmaqla, 38 ölkədə təxminən 725 Amerika hərbi bazası var idi.

On il sonra, 2012-ci ilə qədər qlobal miqyasda mövcud olan 750 ABŞ hərbi bazasında 1,4 milyon Amerika əsgəri xidmət edirdi. Digər hesablamalar göstərir ki, amerikalılar xaricdə 1000-dən çox hərbi obyektə sahibdir. Bazalar şəbəkəsi o qədər genişdir ki, hətta Pentaqon belə Amerikanın xaricdəki hərbi bazalrının dəqiq sayını bilmir.

1945-ci ildə Xirosima və Naqasakiyə atam bombası atdıqdan üzü bəri ABŞ nüvə silahlarına toplam 7,2 trilyon dollar xərcləyib. 70 min nüvə silahı istehsal edib. 1991-ci ildə “Soyuq müharibə” başa çatanda ABŞ-ın hərbi arsenalında 23 min nüvə başlıqlı silah vardı. Onlardan 480 ədədi hazırda Avropada saxlanılmaqdadır. O cümlədən, Türkiyənin İncirlik hərbi bazasında da Amerikanın nüvə başlıqlı silahları var...

ABŞ-ın hərbi obyektləri ən sıx Almaniyada (218), Yaponiyada (115) və Cənubi Koreyada (86) yerləşir. Almaniyada 53.766, Yaponiyada 39.222, Cənubi Koreyada isə 28.500 Amerika əsgəri hərbi xidmətdədir.

Yaponiya iqtisadi göstəricilərinə görə dünyada ABŞ və Çindən sonra 3-cü yerdədir. Almaniya isə 4-cü yerdə qərar tutub. Buna baxmayaraq, Almaniya və Yaponiya II Dünya Müharibəsində məğlubiyyətdən dolayı hələ də ABŞ+Böyük Britaniya ittifaqının qarşısında aciz görünür. Belə ki, öz suveren ərazilərində Amerika bazalarına yer vermək zorundadırlar. Eyni zamanda bu ölkələr Amerikanın törətdiyi bütün müharibələrə birmənalı şəkildə dəstək verirlər.

Hazırda Ukrayna müharibəsinə görə, ABŞ başda olmaqla Qərbin küncə sıxışdırdığı Rusiya dəfələrlə nüvə silahına əl atacağı ilə bağlı dünyaya xəbərdarlıq edib. Aydındır ki, Rusiya üçün təhlükə yaransa Vladimir Putin nüvə bombalarının işə düşməsi üçün düyməni basa bilər. Yəni bu təhlükə son dərəcə realdır. Bəşər sivilizasiyası kataklizmlərlə üzləşə, planet ciddi dağıntılara məruz qala bilər. Onu da qeyd edək ki, ABŞ, Rusiya və Çindən başqa, Fransa, Birləşmiş Krallıq, Pakistan, Hindistan, İsrail və Simali Koreya da nüvə silahına malikdir. Nüvə klubuna daxil olan ölkələrin iki yerə bölünməsi (Rusiya+Çin+Şimali Koreya və ABŞ+Fransa+Böyük Britaniya+Pakistan+Hindistan+İsrail) və bir-birinə qarşı cəbhə açması isə sakini olduğumuz Yaşıl planeti darmadağın edə bilər. Bu ssenari də gündəmdədir...

Amerikanın nüvə doktrinası ilə bağlı son dərəcə ilginc bir məqama da toxunmaqda fayda var. Amerikanın ermənilərə xüsusi simpatiyasının olması köhnə söhbətdir. Mələklər şəhəri kimi tanınan Los-Ancelesdə yarım milyon erməninin yaşaması da bu simpatiyanın bariz nümunəsidir...

Yuxarıda qeyd etdiyim kimi, II Dünya Müharibəsinin rəsmi başa çatmasından (2 sentyabr 1945-ci il) cəmi iki həftə sonra ABŞ-ın Müharibə Departamenti “Sovet İttifaqını xəritədən silmək” (66 şəhərə 204 atom bombası atmaqla) layihəsini (15 sentyabr 1945-ci il) gündəmə gətirdi. Plana əsasən, SSRİ-nin böyük və iqtisadi baxımdan strateji şəhərləri atom bombalarının yağışı altına düşəcəkdi. 66 şəhərin arasında Cənubi Qafqazın Bakı və Tiflis kimi şəhərləri də var. Hətta Batumi, Mahaçqala və Qroznı kimi şəhərlər də o siyahıda yer almışdı. Ancaq nə sirdirsə, Ermənistanın paytaxtı İrəvan SSRİ-nin bombalanması nəzərdə tutulan 66 şəhəri arşına düşməmişdi. Niyəsini özünüz bilirsiz. Elə deyilmi?...

Elbəyi Həsənli, Sürix

P.S. Bu xəritədə-sənəddə SSRİ-nin atom bombası atılası şəhərləri qeyd olunub.

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs