Yazar

Vardanyan Azərbaycanın enerji ixracının qarşısını almağa çalışır?

Vardanyan Azərbaycanın enerji ixracının qarşısını almağa çalışır?
9İyun 202322:00

"The Washington Times”: “O, həm Rusiyanın, həm də İranın dostudur

“Sülhü pozmaq üçün Qarabağa göndərilib”

Bu günlərdə Ruben Vardanyan bir daha Qarabağ ermənilərini Azərbaycana qarşı silahlı mübarizəyə səslədi. Bu çağırış narahatçılıqla qarşılandı.

Bolqarıstanın “sofiaglobe.com” saytı bu məsələ ilə bağlı Qərb mətbuatında gedən bəzi fikirlərə diqqət çəkib. Həmin saytın “Why is the West not sanctioning Putin’s key allies in the Caucasus?” (Qərb Putinin Qafqazdakı əsas müttəfiqlərinə niyə sanksiya tətbiq etmir?) adlı məqaləsini ixtisarla təqdim edirəm.

Sayt yazır ki, Avropa və beynəlxalq media rusiyalı milyarder Ruben Vardanyanın niyə Qarabağa rəhbər təyin edildiyini, onun nə üçün Kreml tərəfindən himayə olunmasını, eləcə də Azərbaycanla Ermənistan arasında münaqişə ilə bağlı danışıqlar prosesini pozmağın nə üçün ona həvalə edilməsinin səbəblərini aydınlaşdırmağa çalışır.

ABŞ-ın “Taunhall” jurnalı yazır ki, “Vardanyan... Moskvanın xarici siyasətinin davamı olub və indi də olmaqdadır”.

“Vardanyanın strategiyası təkcə etnik nifrətin qızışdırılmasına və Rusiyanın Ermənistan üzərində nəzarətinin bərpasına deyil, həm də Xəzər hövzəsindən Avropaya enerji təchizatının dayandırılmasına yönəlib”, - “The Washington Times” belə yazır.

“The Hill”: “Vardanyan Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının legitimliyini pozmağa çalışır və Rusiyanın əsas “vasitəçi” rolunu qorumaq üçün ermənilərlə azərbaycanlılar arasında münaqişələri qızışdırır”.

Kanadanın “Geopolitical Monitor” analitik jurnalı yazır ki, “Kreml Vardanyanı Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini imzalamağa nail olacağı qorxusuna görə Qarabağa göndərib”.

“Politico”: “Vardanyan öz təsir imkanlarından istifadə edərək Qarabağın erməni icmasının ictimai rəyini dünyaya qarşı yönəltməyə çalışır”.

"Vardanyanın Kremlin adamı olduğuna heç bir şübhə olmamalıdır", - “Politico” bildirib.

“Al Jazeera”nin məlumatına görə, “...Vardanyanın Qarabağda görünməsi Rusiyanın Ermənistan-Azərbaycan sülh sazişi üzrə danışıqları sabotaj etmək üçün təşkil edilmiş planının bir hissəsidir... Vardanyan davamlı şəkildə Qarabağda rus sülhməramlılarının müdafiəsi ilə məşğuldur”.

Vardanyanın “Troyka Dialoq” şirkəti OCCRP və Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən aparılan araşdırmalarla məşhurlaşıb. Vardanyanın ofşor şəbəkələrin yaradılmasındakı rolu da bu araşdırmalarla üzə çıxıb.

"Rusiyanın ən varlı adamlarından biri olan Vardanyan Putinə yaxındır... o, ofşor şirkətlər vasitəsilə çirkli pulların yuyulmasında və Putinin nüfuzlu dostlarına pul köçürməsində ittiham olunur", - “ The Washington Times” yazır. Qəzet bildirir ki, onun Ukraynanın müntəzəm atəşə tutulmasında Moskvaya dəstək verən Tehranla da əlaqələri var:

“Vardanyanın İranla əlaqələrini Qorçakov Fondu (Dmitri Medvedyev Rusiya prezidenti olarkən bu fondu yaradıb) vasitəsilə izləmək olar. Bu fond müxtəlif ölkələrdə, o cümlədən Ermənistanda da müxtəlif tədbirlər təşkil edir. Hökumət tərəfindən təsdiqlənmiş həmin tədbirlərdə Tehrandan olan natiqlər də iştirak edir”.


Elbəyi Həsənli, Sürix

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs