Yazar

Səudiyyə ƏrəbistanıBƏƏ-dən Türkiyəyə 90 milyard dollarlıq DƏSTƏK

Səudiyyə Ərəbistanı və BƏƏ-dən Türkiyəyə 90 milyard dollarlıq DƏSTƏK
11İyun 202309:54

Körfəz ölkələri əməlləri ilə Ərdoğanın yanında yer aldı

Türkiyədə keçirilə son seçkilərdə “Cümhur İttifaqı”nın əsas müttəfiqlərindən biri varlı Körfəz ölkələri idi. Onlar açıq şəkildə Tayyib Ərdoğana dəstək verirdilər. Sayın Ərdoğanın qələbəsi üçün Körfəz ölkələri maliyyədən tutmuş siyasi dəstəyinə qədər, bir sözlə bütün istiqamətlərdə səfərbər olmuşdu.

Sirr deyil ki, Körfəz ölkələri əvvəllər daha çox ABŞ-ın yedəyində sürünürdü. Türkiyə ilə isə Körfəz ölkələrinin münasibətləri o qədər də hamar deyildi. Xüsusən səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbulda qətlindən sonra Ankara ilə Ər-Riyad arasında münasibətlər gərginləşdi.

Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman əl-Saudin adının bu qətldə hallanması vəziyyəti daha da pisləşdirdi. İş o yerə çatmışdı ki, Türkiyə Avropa ölkələrini Camal Qaşıqçı olayına biganə qalmamağa səsləyirdi. Bir çox siyasi təhlilçi bu məsələdə Türkiyənin tutduğu mövqeyin aşırı sərt olmasını yanlış hesab edirdilər.

Müəyyən müddət sonra Səudiyyə Ərəbistanı ilə Türkiyənin münasibətləri yenidən əvvəlki axarına döndü. Körfəz ölkələri içərisində Səudiyyə Ərəbistanı dominant mövqelərə sahibdir. Məsələn, Səudiyyə Ərəbistanı ilə Qətər arasında münasibətlər gərginləşəndə biz bunun şahidi olduq. Ər-Riyadın təkidi ilə digər Körfəz ölkələri də Qətərə qarşı qalxdı. O vaxt Türkiyə Qətərə hərtərəfli dəstək verdi...

Qaz və neft ixracından fantastik paralar qazanan Körfəz ölkələri ilə İran arasında münasibətlər uzun müddət düşmənçilik həddində olub. Düzdür, son aylarda Çinin vasitəçiliyi ilə İran ilə Səudiyyə Ərəbistanı arasında anlaşma əldə olunub. Ancaq əvvəllər Körfəz ölkələri İran təhlükəsindən sığortalanmaq üçün Amerika ilə ittifaqda olmağa məhkum idi. Amerika isə Körfəz ölkələrini İran təhlükəsindən qoruduğuna görə açıq şəkildə bac-xərac alırdı...

Hazırda Körfəz ölkələri bu baxımdan da Türkiyəyə ümidlə baxırlar. Bəllidir ki, Türkiyənin kifayət qədər güclü dəniz hərbi qüvvələri var. Körfəz ölkələri istəyir ki, bu ölkələri hər hansı kənar hərbi müdaxilədən məhz Türkiyə qorusun. Çünki Körfəz ölkələri Amerika ilə müqayisədə Türkiyəyə daha çox etibar edirlər.

Son vaxtlarda Körfəz ölkələri Çinlə də yaxınlaşmağa başladılar. Nəticədə Amerika ilə Körfəz ölkələri (Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman) arasındakı münasibətlər daha da soyuyub. Türkiyədəki seçkilərdə cənab Ərdoğana dəstək verməklə Körfəz ölkələri Kemal Kılıçdaroğlunun tərəfində yer alan Amerikadan bir qədər də uzaqlaşdı.

Türkiyədə keçirilən səsvermənin nəticəsindən cəmi üç gün sonra Birləşmiş Ərəb Əmirlikləri 40 milyard dollarlıq 5 illik ticarət müqaviləsini ratifikasiya etdi. Səudiyyə Ərəbistanı da Türkiyə ilə iqtisadi müqavilələr bağlamağa başlayıb, neft şirkəti “Saudi Aramco” (dünyanın ən bahalı şirkətlərindən biri) Türkiyənin paytaxtında 80 podratçı ilə 50 milyard dollar dəyərində potensial layihələri müzakirə etmək üçün bir araya gəlib. Bu barədə ispan, fransız və ingilis dilində yayımlanan “Atalayar TV” media mərkəzi xəbər yayıb.

Şübhəsiz ki, digər Körfəz ölkələri də, xüsusən Qətər bu prosesdən kənarda qalmayacaq. Xatırladım ki, Qətərdə Türkiyənin hərbi bazası da var. Yaxın Şərqdə ilk hərbi baza olan bu hərbi mərkəz (paytaxt Dohada yerləşir) 2016-cı ildən fəaliyyətdədir və orada 5 min türk əsgəri xidmət edir. Maraqlıdır ki, Osmanlı əsgərləri Qətəri tərk edəndən bir əsr sonra Türk əsgəri yenidən geri döndü və bu proses daha da genişlənəcək. Digər Körfəz ölkələrində də Türkiyə hərbi bazalarının açılması gündəmdədir...


Elbəyi Həsənli, Sürix.

https://www.atalayar.com/en/articulo/politics/turkeys-growing-influence-in-the-gulf/20230609130224186360.html 

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs