Yazar

İranla Səudiyyə arasında “mini yubka” söhbəti

İranla Səudiyyə arasında “mini yubka” söhbəti
15İyun 202317:39

İran-Səudiyyə Ərəbistanı münasibətləri son dərəcə ziddiyyətli xarakter daşıyır. Bunu əks etdirən bəzi faktlara nəzər salacağıq.

Səudiyyə Ərəbistanının qurucu kralı Əbdüləziz bin Əbdürrəhman bin Faysal əs-Səud (1932-1953) Əhməd şah Qacarı devirib Pəhləvi xanədanını quran Rza şah Pəhləvi 1925-ci ildə münasibət yaratdılar. O vaxt Səudiyyə Ərəbistanı indiki sərhədlər daxilində deyildi. Ancaq əs-Səud onda da hökm edirdi. İki yeni monarxiya arasındakı münasibətlər xoşagəlməz bir olayla başladı: 1925-ci ildə Səudiyyə Ərəbistanında şiələrin məzarlarının qismən dağıdılması İranda ciddi etirazla qarşılandı. Növbəti illərdə İran zəvvarlarının Səudiyyəyə girişinə qadağa qoyuldu. İlkin uğursuzluğa baxmayaraq 1929-cu ildə iki ölkə arasında dostluq müqaviləsi imzalandı, rəsmi diplomatik əlaqələr quruldu. Bu məqalədə sözügedən ziddiyyətli münasibətlərin anatomiyasına nəzər salacağıq. Bəzi tarixi faktlara yenidən diqqət edəcəyik.

464 iranlının qətli

2015-ci ildə Yəməndə vəziyyət nəzarətdən çıxdı. Səudiyyə Ərəbistanı prosesə müdaxilə etdi. Bununla bağlı İranın ali dini lideri Ayətullah Əli Xameneyi belə bir bəyanat verdi:

“Səudiyyə Ərəbistanının Yəmən və onun günahsız insanlarına təcavüzü bir səhv idi, bu, beynəlxalq məhkəmələrdə araşdırılası bir cinayət və genosid aktıdır”.

Bu sırada tacını yenicə başına qoyan Kral Salman ABŞ-dan “İranın fitnəsinin qarşısını almaq üçün” kömək istədi. Elə həmin il Həcc ziyarəti zamanı qırğın baş verdi. Səudiyyə Ərəbistanında azı 464 iranlı zəvvar qətl edildi.

İranla Səudiyyə arasında “mini yubka” söhbəti

İran şahı Məhəmməd Rza Pəhləvi (1941-1979) Səudiyyə Ərəbistanının kralı (1964-1975) Feysəl ibn Əbdüləziz Əl Səuda dəfələrlə məktub göndərib. Şah krala təklif edib ki, çağdaş dünyadan geridə qalan Səudiyyə Ərəbistanında ciddi islahatlar keçirsin. Həmin məktublardan biri isə xüsusilə maraqlıdır. Bu həmin məktub bütün dünyada geniş rezonans doğurmuşdu. Məktubda deyilirdi:

“Qardaşım, xahiş edirəm, ölkəni modernləşdir. Ölkənizi bütün dünyaya açın. Məktəblərdə qarışıq şəkildə oğlanlarla qızlar birlikdə təhsil alsın. İcazə verin, qadınlar mini ətək geyinsinlər. Diskotekalar açın. Müasir olun. Yoxsa sizin taxtda qalacağınıza zəmanət verə bilmərəm”.

Kral bu məktuba tarixi cavab verib: “Əlahəzrət, məsləhətinizə görə minnətdaram. İcazənizlə yadınıza salım ki, siz Fransanın şahı deyilsiz. Oturduğunuz yer də Yelisey sarayı deyil. Siz İranda yaşayırsız. Sizin əhalinizin 90%-ni müsəlmanlar təşkil edir. Xahiş edirəm bunu unutmayın”.

Maraqlıdır ki, bu əhvalatı Səudiyyə şahzadəsi Bandar bin Sultan Amerika prezidenti Corc Volker Buşa (oğul Buş. 2001-2009) anekdot kimi danışıb...

“İran adlı ilanın başını əzin”

2003-cü ildə İraq ABŞ tərəfindən işğal edildi. Səudiyyə-İran münasibətlərində ciddi problem yarandı.

Tehranın şübhəli nüvə proqramı, Bağdad və Beyruta İranın təsiri ilə bağlı narahatlıqlar əl-Riyadı hərəkətə keçməyə vadar edirdi.

2007-ci ildə Mahmud Əhmədinejad İran İslam Respublikasının 6-cı prezidenti (2005-2013) seçildi. O, 2007-ci ildə Səudiyyə Ərəbistanına səfər etdi. Səfər zamanı Birləşmiş Ərəb Əmirliklərinin iddia etdiyi adaların İrana məxsus olmasını bir daha vurğuladı.

2008-ci ildə Səudiyyə Ərəbistanının 6-cı kralı, iki müqəddəs ocağın xadimi Abdullah bin Əbdüləziz Əl Səud (2005 – 2015) ABŞ-ın İraqdakı səfiri Rayan Kroker və general David Petreusuna deyir ki, “İran adlı ilanın başını əzmək” lazımdır. Bunun üçün Amerika hərbi müdaxiləyə baslamalıdır.

“Onlar müsəlmandır”. “Yox, onlar ərəbdir”

İranın xarici işlər naziri (2005-2010) Manuçehr Mottaki ilə Abdullah bin Əbdüləziz Əl Səudun söhbət isə tarixi həqiqətin etirafı baxımından xüsusi önəm kəsb edir. Kral nazirə deyir ki, İran ərəblərin işinə qarşıdır. Buna cavab olaraq nazir söyləyir ki, ərəblər də müsəlmandır. Yəni biz müsəlman olduğumuza görə müsəlmanların işinə qarışa bilərik. Kral qəti etiraz edir: “Yox, onlar ərəbdir. Persiyalılar ərəblərin daxili məsələlərinə müdaxilə edə bilməz. Bu, onların işi deyil”.

İranla Səudiyyə Ərəbistanı arasında demokratiya davası

2010-cu ildə Yəməndə daha bir böhran yaşanarkən İranın xarici işlər naziri Əli Əkbər Vilayəti belə bir fikir səsləndirdi: “İranın köməyi ilə Husilər Yəməndə Livanın Hizbullahına çevrilməlidir”.

(Husilər və ya Ənsarullah Yəməndə yaşayan Zeydi şiələr tərəfindən qurulmuş hərəkatdır) O vaxt prezident Mahmud Əhmədinejad Səudiyyə Ərəbistanını sərt tənqid etdi. Dedi ki, bir böyük qardaş kimi Səudiyyə Ərəbistanının Yəməndəki proseslərə vasitəçilik edəcəyi gözlənilirdi. Gözlənilirdi ki, Səudiyyə Yəməndəki müsəlmanlara sülh gətirəcək. Ancaq Səudiyyə Ərəbistanı mülki əhaliyə hərbi zərbələr endirdi və onların başına bombalar yağdırdı.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Feysəl buna cavab olaraq Yəmən hadisələrinə görə İranı ittiham etdi. Həmin vaxtı ərəblərlə farslar arasında yeni qalmaqal yaşandı. Ərəblər daha çox Fars Körfəzi kimi tanınan ərazini Ərəb körfəzi elan etdilər...

Mahmud Əhmədinejadın bu bəyanatı isə gərginliyi daha da artırdı: “Yaxın Şərqdə elə ölkələr var ki, indiyə qədər bir seçki belə keçirməyib, qadınların maşın sürməsinə icazə verməyib, buna baxmayaraq ABŞ və Avropa hökumətləri belə ölkələrin qeyri-demokratik yolla formalaşmış hökumətinə dəstək verirlər”.

2011-ci ildə həm ABŞ, həm də Səudiyyə Ərəbistanı İranı sui-qəsd cəhdində ittiham etdi. Bəyan olundu ki, İran Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adel əl-Cübeyri öldürmək istəyirmiş.

İran Səudiyyə Ərəbistanına islam inqilabını ixrac edir?

İran İnqilab keşikçiləri Ordusunun (SEPAH) komandanı general-mayor Muhammad Ali Jafari Səudiyyə Ərəbistanını hədələyirdi: “İslam inqilabı yaxşı sürət alıb və irəliləyir, buna nümunə kimi inqilabın getdikcə artan ixracatıdır. Bu gün təkcə Fələstin və Livan deyil, həm də İraq və Suriya İran İslam İnqilabının təsiri altındadır. İnqilabın ixracı yeni bir səhifə açıb”.

Ali Milli Təhlükəsizlik Şurasının sədri Ali Şamxani İran parlamentində çıxışında bir az da irəli getdi: “Yəmənin paytaxtı Sənanın süqutu ilə şiə Husi milislərinin nəzarətinə keçdi. Beləliklə dörd ərəb ölkəsinin paytaxtı bu gün İranın əlindədir. Onlar İran İslam inqilabına mənsubdur. Yəmən inqilabı yalnız Yəmənlə məhdudlaşmayacaq. Yəmənin uğurları sonra Səudiyyə ərazilərinə də yayılacaq. Yəmənlə Səudiyyə arasındakı geniş sərhədlər İran İslam İnqilabının Səudiyyə torpaqlarının dərinliklərinə çatmasını sürətləndirməyə kömək edəcək”.

Xomeyninin Səudiyyə ilə bağlı vəsiyyəti

İran İslam Respublikasının 1-ci Ali rəhbəri və qurucusu, seyid Ayətullah əl-üzma Ruhullah Mustafavi Musəvi Xomeyninin (1979-1989) Səudiyyə Ərəbistanı ilə bağlı vəsiyyətində belə deyilir: “Müsəlmanlar zalımları, o cümlədən Səudiyyənin kral ailəsini lənətləməli və onlarla mübarizə aparmalıdır. Onlar Allahın əzəmətli ziyarətgahlarına xəyanət ediblər, onlara Allahın lənəti olsun, onların üzərinə Allahın peyğəmbərlərinin və mələklərinin lənəti olsun. Kral Fəhd xalqın var-dövlətinin böyük bir hissəsini hər il Qurana zidd olan, tamamilə əsasız və batil Vəhhabi inancını yaymaq üçün istifadə edir. Kral islamdan və əziz Qurandan sui-istifadə edir. Bu xainə Allah lənət etsin”.

İranla Səudiyyə arasında bal ayı nə qədər çəkəcək?

Hazırda Çinin vasitəçiliyi ilə İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər nəzərəçarpacaq dərəcədə istiləşib. Ancaq bu istiləşmə nə qədər davam edəcək? Konkret nəsə demək çətindir. Dəqiq bəlli olan odur ki, bu ölkələr arasında ideoloji ziddiyyətlər var. Və bu, son dərəcə dərindir. Belə ki, hər iki ölkə islam ideologiyasına söykənir. Biri sünniliyin ən radikal qanadı olan Vəhhabiliyə, digəri isə şiəliyin Cəfərilik məzhəbinə istinad edir. Hər iki ölkə siyasi maraqları naminə sünnilərlə şiələri üz-üzə qoymaqdan belə çəkinmir.

Elbəyi Həsənli, Sürix 

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs