Yazar

Qərb mətbuatı “Vaqner”in rəhbəri Priqojin haqqında nələr yazıb?

Qərb mətbuatı “Vaqner”in rəhbəri Priqojin haqqında nələr yazıb?
24İyun 202318:13

Rusiyanın “Konkord” şirkətlər qrupunun rəhbəri və sahibi, “Vaqner” hərbi qrupunun yaradıcısı Yevgeni Priqojin dünənə qədər Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostlarından biri hesab olunurdu. O, Rusiya, həmçinin qondarma “Luqansk və Donetsk Xalq Respublikası”nın milli qəhrəmanıdır. Krımın işğalında da ciddi rol oynayıb.

Vaqner Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikasında hərbi əməliyyatlar keçirib.

Sankt-Peterburqda yerləşən və ona məxsus olan “trol fabriki” 2016 və 2018-ci illərdə ABŞ-da keçirilən seçkilərə müdaxilədə ittiham olunub. Bu səbəbdən də Amerika ona və onun şirkətlərinə 2016-cı ildən etibarən sanksiyalar tətbiq edib. Avropa Birliyi və ABŞ, Böyük Britaniya onun ailə üzvlərini də sanksiya siyahısına salıb. O, 2020-ci ildə Amerikada keçirilən prezident seçkisinə də müdaxilə edib. Ancaq istənilən nəticəyə nail olmayıb. Yəni cənab Tramp seçilməyib...

Yevgeni Priqojin yalnız 2022-ci ilin sentyabrında “Vaqner”in ona məxsus olamsını rəsmən etiraf edib. Halbuki “Vaqner” 2014-cü ildə ortaya çıxmışdı və Vladimir Putinin şəxsi ordusu hesab olunurdu. Bu ordu rus millətçiliyinə söykənir və ən radikal sağ qanadı təmsil edir. Qərb mənbələri “Vaqner”i faşist Almaniyasının hərbçiləri ilə müqayisə etməyə üstünlük verir.

Əslində Yevgeni Priqojin Vladimir Putindən daha dəhşətli adamdır. Ukraynada da separatizmə dəstək verib. Yəni o iqtidara gəlsə, sübhisiz ki, erməni separatizminə də arxa-dayaq duracaq. Özü də ən radikal formada.

Britaniya kəşfiyyatının məlumatına görə, 2022-ci ilin iyul ayından “Vaqner” Qrupu Rusiya həbsxanalarından məhbusları müharibəyə cəlb etməyə başlayıb. Ukraynada döyüşməyə razılıq vermək müqabilində cinayətkarların cəza müddəti başa çatmış hesab olunub.

O da məlumdur ki, “Vaqner” Qrupu Mərkəzi Afrika Respublikasında həbsdə olan üsyançıları Mali və Ukraynada döyüşlərə cəlb edib. Onların “Qara ruslar” ləqəbi ilə tanındığı bildirilir.

“Vaqner” sıralarında ermənilər, qazaxlar, moldavanlar da xidmət edir. “Vaqner”in tərkibində serb və skandinaviya qrupları da var.

O da maraqlıdır ki, Sankt-Peterburqda doğulan Yevgeni Priqojinin (1961) atası da, babası da yəhudidir. Sadəcə xanımları rus olub.

1979-cu ilin noyabrında 18 yaşlı Priqojin oğurluq edərkən tutuldu və şərti cəza aldı. İki il sonra, 1981-ci ildə o, yenidən oğurluğa görə yaxalandı və soyğunçuluq, dələduzluq və yeniyetmələri cinayətə cəlb etdiyi üçün 12 il müddətinə azadlıqdan məhrum edildi. O və bir neçə ortağı lüks məhəllələrdə mənzilləri qarət etməkdə təqsirli biliniblər. Priqojin 1988-ci ildə əfv olundu, 1990-cı ildə azadlığa çıxdı. Ümumilikdə o, doqquz il həbsdə yatıb.

1990-cı ildə həbsdən çıxandan sonra Priqojin Leninqradın Apraşaka bazarında anası və ögey atası ilə birlikdə hot-doq satmağa başladı. Tezliklə, “The New York Times”da gedən müsahibəyə görə, “rubl anasının onları saya biləcəyindən daha sürətlə dəyərini itirməyə başladı”. Sovet İttifaqının dağılmasından sonra Priqojin dövrün sahibkarlıq ruhuna uyğun hərəkət etdi.

1991-ci ildən 1997-ci ilə qədər Priqojin ərzaq mağazası biznesi ilə ciddi məşğul olub. O, Sankt-Peterburqda ilk ərzaq mağazalar şəbəkəsi olan və keçmiş sinif yoldaşı Boris Spektor tərəfindən qurulan “Contrast”ın 15 faizinə sahib idi və menecer kimi də çalışırdı.

Təxminən eyni vaxtda Priqojin qumar biznesi ilə məşğul oldu.

Sankt-Peterburqda ilk kazinolar ona məxsus olub. “Novaya qazeta” qeyd edir ki, Priqojinin Vladimir Putinlə ilk dəfə o vaxt görüşə bilərdi, çünki Putin 1991-ci ildən kazinolar və qumar oyunları üzrə müşahidə şurasının sədri idi. O da dəqiq bəllidir ki, Priqojin Putinlə 2000-ci ildə yaxın münasibətdə olub.

Məşhur həmyerlimiz Orxan Camalın Cənubi Afrikada qətlini də (2018-ci ilin avqustunda) “Vaqner” və Priqojin həyata keçirib.

“The Washington Post” yazırdı ki, Priqojin Rusiya hərbi komandirlərinin Ukraynadakı müharibədəki “səhvləri” barədə Putinə danışmağa cəsarət edən azsaylı şəxslərdən biridir...

Son hadisələrin axarı haqqında isə çox yazılıb. Ona görə də üstündən sükutla keçdim. Proses isə davam edir. Finala bir şey qalmadı...

Elbəyi Həsənli

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs