Yazar

Putinlə Napoleon və Hitleri nə birləşdirir?

Putinlə Napoleon və Hitleri nə birləşdirir?
25İyun 202314:22

“The Washington Post” yazır ki, əgər sən müharibə köpəklərini azadlığa buraxırsansa, orasını da düşünməlisən ki, köpəklər geri dönüb səni də qapa bilər. Vladimir Putin 16 ay əvvəl Ukraynaya hücum edəndə heç ağlına da gəlməzdi ki, bir gün “Vaqner” qrupu Moskvaya doğru irəliləyəcək.

Napoleon da Rusiyanı işğal edəndə düşünmədi ki, bu, onun iqtidarını bitirəcək. O, sürgünə göndəriləcək və Fransada monarxiya yenidən bərpa olacaq. Hitler heç vaxt təsəvvür etməzdi ki, Polşaya hücum onun intiharına və Almaniyanın parçalanmasına gətirib çıxaracaq. Səddam Hüseyn heç vaxt fikirləşməzdi ki, Küveyti işğal etmək sonda onun rejiminin devrilməsinə və özünün ölümünə səbəb olacaq...

Müharibə mahiyyət etibarilə gözlənilməz və riskli bir işdir, onun nəticələrini heç vaxt aydın şəkildə proqnozlaşdırmaq mümkün deyil və nadir hallarda müvəffəqiyyətlə idarə olunur. Bir diktatorun prosesə nəzarət illüziyası çox vaxt müharibənin qaynar qazanında itib-bata bilər - xüsusən də müharibə Ukraynada baş verdiyi kimi uzunmüddətli və qanlı xarakter alanda, belə ola bilər.

Bir çox diktaturalar kimi, Putin rejimi də kənardan göründüyündən daha kövrəkdir. Putin həmişə rəqabət aparan güc mərkəzlərini idarə edib. Oliqarxları (və hökumətin müxtəlif qollarını) bir-birinə qarşı qoyub və öz məharətinə arxalanıb, qərarların qəbulunda son sözü deyən hakim rolunda çıxış edib. Bu model 20 il işlədi, lakin müharibədəki məğlubiyyətindən doğan təzyiqlər fonunda rus ordusu dağılır...

“The Washington Post” yazır ki, Rusiya Ukrayna cəbhəsində 2 min tank, 900 zirehli texnika itirib. II Dünya Müharibəsindən sonra Rusiya ilk dəfədir ki, belə böyük itki ilə üzləşir...

Amerika nəşri yazır ki, Rusiyada baş verən son hadisələr təcavüzkar müharibələr başlamağı düşünə biləcək bütün gələcək tiranlar üçün bir dərs olmalıdır.

“Diqqət edirsinizmi, Si Cinpin?”, - “The Washington Post”un təqdim etdiyi məqalə Çin liderinə ünvanlanmış belə bir sualla bitir...

Elbəyi Həsənli, Sürix

 

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs