Yazar

Qorxu içindəki zəif Putin və “yeriyən ölü”yə çevirilən Priqojin

Qorxu içindəki zəif Putin və “yeriyən ölü”yə çevirilən Priqojin
27İyun 202313:47

Rusiyanın Ukrayna müharibəsini uduzması qaçılmaz görünür

“Eurasia Group”un prezidenti Ian Arthur Bremmer (1969) ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan 1998-ci ildə yaranmış “Eurasia Group”un rəhbəridir. Ana tərəfdən erməni olan bu şəxs italyan və alman əcdadlara da sahibdir. O, daha çox siyasi risklərlə bağlı proqnozlar verir və bir çox şirkətlər onun məsləhəti ilə bu və ya digər ölkəyə yatırım qoyur.

Bremmer mərkəzi Nyu-Yorkda yerləşən “Eurasia Group” “www.eurasiagroup.net” saytına da sahibdir.

Rusiyada baş verən hərbi qiyam tipli qeyri-standart hadisələrin dəyərləndirilməsi üzrə mütəxəssis olan Ian Bremmer kabel və peyk vasitəsilə yayımlanan ABŞ-ın biznes xəbərləri telekanalı “CNBC”yə (Consumer News and Business Channel) Rusiya olayları ilə bağlı açıqlama verib.

“Russian mercenary chief Prigozhin is a ‘dead man walking” (Rusiyanın muzdlu ordu komandiri Priqojin “yeriyən ölü”dür) adlı məqalədə Ian Bremmer deyir ki, Rusiyanın muzdlu hərbi birləşməsinin komandiri Yevgeni Priqojin Vladimir Putinə qarşı uğursuz üsyana rəhbərlik etdikdən sonra “yeriyən ölü”yə çevrilib:

“Bir neçə aydan sonra o, hələ də sağ qalmış olarsa, mən buna çox təəccüblənərdim”.

Siyasi ekspert bildirir ki, Vladimir Putinin iqtidarda olduğu 23 ildə Yevgeni Priqojinin təşkil etdiyi hərbi qiyam onun üçün ən ciddi və real təhlükə idi. Belə ki, Putin dəfələrlə mülki şəxslərin etirazı ilə qarşılaşmış və etirazları asanlıqla yatırmışdı. Bu dəfə isə tam fərqli-silahlı etiraz forması ortada idi.

“Putin Priqojinin ona etdiklərindən qat-qat az pislik edən müxalifləri həbs edib və öldürüb”, - Bremmer əlavə edib.

“Putinin ona lazım olandan daha çox yaşamağa Yevgeni Priqojinə icazə verməsi mənim üçün ağlasığmazdır”.

Məqalədə vurğulanır ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə əldə edilən razılaşmanın bir hissəsi olaraq Priqojin qiyamın dayandırılması müqabilində Belarusa sürgünə gedəcək.

Dövlətin nəzarətində olan “TASS” agentliyinin məlumatına görə, Kreml Priqojinə qarşı cinayət işinə xitam verəcək.

"Aydındır ki, bu, prezident Putin üçün görünməmiş zəiflik səviyyəsini göstərir", - Bremmer deyir.

“Ancaq eyni zamanda, Putin misli görünməmiş sınaqdan keçdiyi məqamda, Rusiya ordusundan, Rusiya hökumətindən və rus oliqarxlarından bir nəfər də olsa aradan çıxmadı”.
Ian Bremmer fikrincə bu, bir daha göstərir ki, Putinin iqtidardan tezliklə gedəcəyini düşünmək sadəlövhlük olardı.

““Vaqner” döyüşçüləri Putinin Ukraynaya qarşı müharibəsində mühüm qüvvə olub və şərqdəki Baxmut şəhərinin ələ keçirilməsində əsas rol oynayıb”.

Bu məsələyə də məqalədə xüsusi diqqət yetirilib. “BBC” isə yazır ki, “Vaqner”in Telegram kanalı bildirib ki, hərbi birləşmə hər döyüşçüyə ayda minimum 240 000 rubl (2.843 dollar) təklif edir. Bu təklif Rusiyanın kasıb bölgələri üçün xüsusi ilə cəlbedicidir...

“Vaqner”in Novosibirsk şəhərindəki ofisi şənbə günü bağlanmışdı, lakin bazar ertəsi ofis yenidən fəaliyyətə başlayıb. Qərb mənbələri belə deyir. O da vurğulanır ki, rəsmi Kremlin bəyanatına baxmayaraq, Priqojinlə bağlı qaldırılmış cinayət işinin istintaqı davam edir.

Avropa İttifaqına bağlı “euobserver.com” saytı isə yazır ki, Priqojinlə əlaqəli heç bir illüziya olmamalıdır: o, nə Rusiyanın Ukraynaya təcavüzünün əleyhdarıdır, nə də demokratik dünyanın dostudur:

“Onun Rusiya həbsxanalarından cəlb etdiyi peşəkar qatil və cinayətkarlardan ibarət “Vaqner” qrupu Ukraynadakı ən qeyri-insani və iyrənc müharibə cinayətlərinə görə məsuliyyət daşıyır. Onun Rusiya hərbi rəhbərliyinə qarşı hücumları rus döyüş maşınının daha səmərəli olmasına yönəlib”.

“Euobserver.com” saytı yazır ki, Rusiya əhalisinə rəsmi Kremlə etimad göstərməmək düşüncəsini aşılayan antikorrupsiya fəalı Aleksey Navalnı və onun komandasından fərqli olaraq, Priqojin Putin rejiminin içindən çıxan üsyançı kimi görünürdü və buna görə də ona Kremlin özü tərəfindən legitimlik verilmişdi. O da qeyd olunur ki, Rusiyada sosial ədalətsizliyə qarşı artan qəzəb aydın görünür, belə bir fonda baş verən hərbi qiyam həm də Putinin qorxaqlığını və onun rejiminin tam zəifliyini ortaya qoydu.

Eyni zamanda, Rusiya əhalisi səssizliyini sona qədər qoruyub saxladı, heç kim Kremlə sadiqliyini nümayiş etdirmək üçün küçələrə çıxmadı. Hərbi qiyamın Rusiya-Ukrayna savaşına təsirinə gəldikdə isə “daha vacib olan odur ki, Priqojinin üsyanı rus əsgər və zabitləri arasında onsuz da aşağı olan əhval-ruhiyyəni kəskin şəkildə sarsıtdı. Bu isə Rusiyanın Ukraynada hərbi məğlubiyyətini şərtləndirən əsas amillərdən birinə çevrilə bilər”.

Elbəyi Həsənli, Sürix

 

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs