Yazar

Sem dayı Cənubi Qafqazı Moskvanın caynağından qopa biləcəkmi?

Sem dayı Cənubi Qafqazı Moskvanın caynağından qopa biləcəkmi?
27İyun 202317:00

Rusiyadakı hərbi qiyam Vaşinqton danışıqlarına necə təsir edəcək?

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqtonda mayda keçirilən son Ermənistan-Azərbaycan danışığına münasibət bildirərkən belə demişdi: "İstənilən marafonda son metrləri başa vurmaq həmişə çox çətin olur, biz bunu bilirik".

Bəllidir ki, bu gün Vaşinqtonda tərəflər arasında yenidən görüş keçiriləcək. 3 gün davam edəcək görüşdə real nəticə olacaqmı?

Avropa İttifaqına bağlı “opendemocracy.net” yazır ki, bəziləri əvvəlki danışıqlarda irəliləyişin olduğunu etiraf edir. Sənədin demək olar ki, yarısının artıq razılaşdırıldığını bildirənlər də var. Ancaq uğurlu sona aparan yol hələ də xeyli uzaq görünür. Tərəflər arasında əsas fikir ayrılığı Dağlıq Qarabağdakı etnik ermənilərin taleyi ilə bağlı kompromislərlə bağlıdır.

“Opendemocracy.net” qeyd edir ki, Bakı Stepanakertlə (Xankəndi) yalnız Azərbaycanın paytaxtında danışıqlar aparmağa razıdır. Söhbətin yalnız Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasından getməsini istəyirlər. Qarabağ erməniləri isə beynəlxalq səviyyədə danışıqların aparılmasında təkid edir. Rəsmi Bakı Qarabağ məsələsinə xarici müdaxilənin qəti əleyhinədir. Rusiya “sülhməramlıları”ndan son dərəcə məyus görünən Azərbaycan rəhbərliyi 2025-ci ildə onları ərazidən çıxartmağa can atır. Ondan sonra nə olacağı isə bəlli deyil.

Rəsmi Bakı əraziyə beynəlxalq nəzarətin olmasına da razılıq vermir. Beynəlxalq nəzarətin hərbi, yoxsa mülki formada olacağı da bəlli deyil. Ermənistan Azərbaycan münasibətlərinə Rusiyanın narahatlığı da təsir edir. Belə ki, rəsmi Moskva hesab edir ki, Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb kənara atmağa çalışır. Məqalədə o da vurğulanır ki, 2020-ci ildə müharibə başa çatandan indiyə kimi tərəflərin birgə itkisi 1.200 nəfərdən çox olub, yəni qarşıdurma ciddi itkilərlə müşahidə olunur. Rusiyanın Ukraynada apardığı müharibə onun Cənubi Qafqazda manevr imkanlarını və təsir gücünü xeyli azaldır.

Təəssüf ki, “opendemocracy.net” saytı Qarabağ erməniləri ilə bağlı əsas məqama toxunmur. Bu məqam isə ondan ibarətdir ki, Ermənistandan fərqli olaraq Qarabağ erməniləri və onların qondarma rəhbərliyi Qərbin yox, məhz Rusiyanın yanındadır. Rusiyanın maraqlarından çıxış edir. Hətta Rusiya-Ukrayna müharibəsində belə ruslara açıq şəkildə dəstək verirlər.

Təbii ki, bu məqamın üstündən sükutla keçilməsi təsadüfi deyil, bu, məlumatsızlıqdan da irəli gəlmir. Sadəcə olaraq “opendemocracy.net” saytı ermənilərin marağından çıxış etdiyinə görə məqsədli şəkildə bu məqama toxunmur.

Vaşinqtonda keçirilən görüş isə son dərəcə önəmlidir və Cənubi Qafqaza yenidən nizam verə bilər.

Avropa İttifaqına bağlı “opendemocracy.net” saytının bəhs etdiyimiz məqaləsinin “It’s make or break time for Nagorno-Karabakh’s future” adlanması da elə bundan xəbər verir. Belə ki, ingilis dilində “make” sözü düzəltmək, qurmaq, ona həmqafiyə olan “break” sözü isə sındırmaq, dağıtmaq anlamını verir. Yəni Dağlıq Qarabağın gələcəyi qurulurmu, yoxsa dağılırmı…

Maraqlıdır ki, sözügedən geniş məqalədə Zəngəzur dəhlizi ilə bağlı bir kəlmə də yoxdur. Bu necə, təsadüfdürmü? Şübhəsiz ki, Rusiyada baş verən hərbi qiyamdan sonra Vaşinqton danışıqları tam fərqli bir ortamda keçiriləcək. Məntiqlə bu ortam tərəfləri bir-birinə daha da yaxınlaşdırmalıdır. Prosesə vasitəçilik edən Amerikanın da bu fürsətdən maksimum şəkildə yararlanmağa çalışacağı da şübhə doğurmur.

Beləliklə, Vaşinqton danışıqlarından daha optimist nəticələr gözlənilir. 3-4 gündən sonra Vaşinqton danışıqlarının nəticəsi haqqında daha konkret fikirlər söyləmək olar.

Elbəyi Həsənli, Sürix

https://www.opendemocracy.net/en/odr/armenia-azerbaijan-nagorno-karabakh-talks-washington/

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs